!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərin bitib-tükənməyən TƏXRİBATLARI: "Azərbaycan öz ərazi bütövlüyünü təmin etməlidir"

!Reklam – Yazi

“Azərbaycan beynəlxalq hüquqa, tarixi haqq-ədalətə söykənərək ərazilərini işağldan azad etməlidir”.

Bu sözləri Qarabağ və Ermənistan-Azərbaycan şərti sərhədində hərbi gərginlik, rəsmi Bakının atmalı olduğu addımları şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, xristian dünyası türk dünyasının birləşməsini istəmir:

“Son dövrlər bütün xristian dünyasından, imperialist dairələrdən Azərbaycana qarşı hücum var. Birmənalı olaraq onlar ermənipərəst mövqe sərgiləyirlər. Azərbaycan rəhbərliyi səviyyəsində onların tutduğu bu mövqeyə etirazlar var.

Azərbaycan bir addım mövqeyindən geri çəkilməli deyil. Azərbaycan Ordusu lazım olan mövqedədir. Bu da onları çox narahat edir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməlidir, antiterror əməliyyatı keçirməlidir.

“Etnik təmizləmə” adı altında oyun çıxarırlar. Faktiki olaraq etnik təmizləməni onlar həyata keçirib. Dünyanın bu məsələlərdə ikili baxışı var. ABŞ ilə İranın gizli sövdələşməsi üzə çıxdı. İranın dondurulmuş vəsaiti geri qaytarıldı. Ancaq müttəfiqi olan Türkiyənin pulunu verdiyi F-35-i ABŞ verməkdən imtina edir. Xristian dünyası türk dünyasının birləşməsini istəmir. İkili mövqe tuturlar. Biz də beynəlxalq hüquqa, tarixi haqq-ədalətə söykənərək ərazilərimizi işağldan azad etməliyik”.

Səxavət Məmməd

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv