!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərin bitməyən SƏRSƏMLƏMƏLƏRİ: "Hələ də işğalçı, aqressiv qəsbkarlıq şüurunda..."

!Reklam – Yazi

“Belə açıqlamalar Ermənistan siyasi fikrində öndə olan simaların öz xalqına qarşı həqarətinin və hörmətsizliyinin növbəti göstəricisidir”.

Bu fikirləri Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryanın Rusiyanın tədbir görməyəcəyi təqdirdə, Laçın dəhlizini “geri qaytara bilməyəcəkləri” ilə bağlı sözlərinə münasibət bildirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

Politoloq ölkədəki siyasi institularla yanaşı, siyasi şərhçilər və eyni zamanda, ictimai proseslərdə rəy verici qismində təqdim edilən adamların bir çoxunun reallığı tam dərk edə bilməməsinin erməni xalqı üçün təəssüf edici məqam olduğunu bildirib:

“Ümumiyyətlə, erməni ekspertlər hadisələrə yanaşmada kifayət qədər qeyri-peşəkar, obyektiv olmayan mövqe ortaya qoyurlar. Bu baxımdan, Aleksandr İskəndəryan və bir çox erməni politoloqlarının Azərbaycan əleyhinə verdiyi açıqlamalar klassik erməni faşist zehniyyətinin davamıdır. Ermənistan ətrafında süni gündəm bumu yaratmağa, dezinformasiya və saxta xəbərlərdən istifadə etməyə çalışan Ermənistanın ictimai-siyasi institutları, “beyin mərkəzləri”, İskəndəryan və onun timsalındakı digər ekspertlər Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatlarını davam etdirirlər.

Laçın dəhlizi Azərbaycanın ərazisidir. Laçın dəhlizinə qarşı hansısa iddia irəli sürmək Ermənistan cəmiyyətini və erməni xalqını hələ də işğalçı, aqressiv qəsbkarlıq şüurunda saxlamağa xidmət edir. Hesab edirəm ki, belə açıqlamalar Ermənistan siyasi fikrində öndə olan simaların öz xalqına qarşı həqarətinin və hörmətsizliyinin növbəti göstəricisidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv