!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərin dağıdılan xülyaları: “Azərbaycan yalnız hərbi müstəvidə deyil...” - ŞƏRH

!Reklam – Yazi

“Uzun illər ərzində, istər Paşinyandan əvvəl, istərsə də sonra Ermənistanda aparılan saxta ideoloji təbliğatlar nəticəsində erməni cəmiyyətinin beynində formalaşdırılmış saxta, qondarma “Böyük Ermənistan” xülyası darmadağın edildi”.

Bunu erməni mediasında dərc olunan 2025-ci ilə qədər Azərbaycan əsas məqsədinə nail olacaq xəbərinə münasibət bildirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbədən sonra Ermənistan ictimaiyyətində böyük məğlubiyyət sindromu var:

“Bunun ən böyük səbəbi Azərbaycanın Ermənistan üzərində yalnız hərbi müstəvidə qələbə qazanmaqla yetinməməsidir. Uzun illər ərzində, istər Paşinyandan əvvəl, istərsə də sonra Ermənistanda aparılan saxta ideoloji təbliğatlar nəticəsində erməni cəmiyyətinin beynində formalaşdırılmış saxta, qondarma “Böyük Ermənistan” xülyası darmadağın edildi. Bu gün Ermənistan daxilində demək olar ki, ictimai birlik və vətəndaş həmrəyliyi mövcud deyil.

Azərbaycan daim türk dünyasına təhdid kimi formalaşan, xəstəlik səviyyəsinə çatan erməni faşist ideologiyasının çöküşünü sürətləndirdi.

Ermənistanda məğlubiyyətlə bağlı düşüncələr daha əvvəldən formalaşıb. Erməni cəmiyyəti ölkələrinin bu gün düşdüyü vəziyyətə görə öz siyasi xadimlərinə, hakimiyyətdə və müxalifətdə olan siyasətçilərinə etiraz edir. Hazırda erməni cəmiyyətində nə iqtidara, nə müxalifətə hansısa inam qalmayıb. Bu da erməni cəmiyyətinin mənəvi, psixoloji durumunun artıq məlubiyyət vəziyyətinə düşdüyünü deməyə əsas verir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

371
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv