!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənilərin ölkəmizə və xalqımıza qarşı törətdiyi cinayət əməllərinin..." - ŞƏRH

!Reklam – Yazi

“Biz də vətəndaş olaraq qlobal ictimai rəyin diqqətini bu məsələlərə yönləndirməyə çalışmalıyıq”.

Bu fikirləri ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə danışan siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Azər Həsrət bildirib ki, Azərbaycan beynəlxalq mexanizmlərdən istifadə edərək ermənilərin bizə qarşı törətdiyi cinayət əməllərinə hüquqi qiymətin verilməsinə çalışmalıdır:

“Bu nə günümüzün, nə də son illərin problemidir. Yüz il öncə də ermənilər eyni qaydada cinayətlər törədiblər. Təəssüflər olsun ki, biz həm Azərbaycan xalqı, həm də türk milləti olaraq bu cinayətlərə uyğun gərəkli cavabı verməmişik. Vermədiyimizə görə də 1980-ci illərin sonlarından başlayaraq ermənilər həvəslənərək yeni cinayətlər törətməyə başladılar. Bu cinayətlərin Ermənistandan başlayaraq Azərbaycan torpaqlarına keçməsi, sonra isə ərazilərin işğal edilməsi və oraların xarabalıqlara çevrilməsi gözümüzün önündə baş verib. Biz ermənilərin Azərbaycana qarşı törətdiyi bütün cinayət əməllərini dünyaya uyğun şəkildə çatdırmalıyıq.

Ötən illər ərzində bu sahədə xeyli işlər görülüb, ancaq atılan addımlar kifayət deyil. Biz ermənilər kimi ağlaşma qurmuruq, yaxud özümüzü yazıq vəziyyətdə göstərmirik. Millət olaraq xarakterimiz buna yol vermir. Ancaq nə qədər geri çəkiliriksə, ermənilər də bir o qədər üstümüzə gəlirlər. O baxımdan, düşünürəm ki, beynəlxalq ictimaiyyətə bu məsələlərin çatdırılmasında sistemli davamlı şəkildə işlər görülməlidir. Yəni biz utanmamalı və çəkinməməliyik. Nə baş veribsə, faktlarla dünyanın hər tərəfinə, bildiyimiz bütün dillərdə yayımlamalıyıq.

Eyni zamanda, beynəlxalq mexanizmlərdən istifadə edərək ermənilərin Azərbaycana qarşı törətdiyi cinayət əməllərinə hüquqi qiymətin verilməsinə çalışmalıyıq. Əlavə olaraq ermənilərdən təzminat tələbindən bir addım belə geri çəkilməməliyik. Yəni biz əlimizdə olan tutarlı faktları dünya ictimaiyyətinə təqdim edərək müvafiq beynəlxalq qurumlar vasitəsilə Ermənistandan Azərbaycana qarşı törətdiyi cinayət əməllərinə görə təzminat tələb etməliyik. Elə işlər görməliyik ki, ermənilər nəticələri gördükdən sonra bir daha bizə qarşı bu cür əməllər törətməyə cəhd etməsinlər.

Ermənilərin ölkəmizə və xalqımıza qarşı törətdiyi cinayət əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında yalnız dövlətin deyil, vətəndaşlarımızın da üzərinə böyük vəzifə düşür. Dövlət müvafiq mexanizmlər vasitəsilə bu işləri beynəlxalq tribunalardan səsləndirə, məhkəmələrdə iddialar qaldıra bilər. Ancaq biz də vətəndaş olaraq qlobal ictimai rəyin diqqətini bu məsələlərə yönləndirməyə çalışmalıyıq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv