!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərin “partizan müharibəsi” BLEFİ: “Hər hansı bölgəmizdə terror bazasının yaradılması....”

!Reklam – Yazi

“Hətta o vaxtkı imkanlarımızla həmin terrorçular cəmi iki sutkaya zərərsizləşdirilmişdi”.

Bu fikirləri ermənilərin Qarabağda partizan müharibəsinə başlayacaqlarına dair iddialarını dəyərləndirən Müdafiə Nazirliyi Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

 

Rövşən Məhərrəmov bildirib ki, ermənilərin Azərbaycan ərazisində partizan müharibəsi aparmaq imkanları yoxdur:

“Müasir dünyada hərb sənəti xeyli təkmilləşdiyi kimi, silah istehsalı üzrə texnologilar da son dərəcə inkişaf edib. Yəni hərbi əməliyyatların aparılmasında texnoloji faktor çox mühüm amilə çevrilib. Bu baxımdan, indi ötən əsrin 40-50-ci illəri deyil ki, partizan müharibəsi apararaq nəyəsə nail olasan.

Ona görə də, qanunsuz erməni hərbi birləşmələrinin Qarabağda qalan tör-töküntüləri terror aktları törətməyə cəhd göstərə bilərlər, ancaq bu fəaliyyətə təşəbbüs göstərənlər qsa müddətdən sonra aşkarlanaraq ələ keçiriləcəklər.

Digər tərəfdən, terror təşkilatları 3-5 nəfərdən ibarət formalaşdırılmır. Onların konkret yeri, hansısa bazası olmalıdır. Əgər onların belə bir bazası varsa, indiki zamanda oranı müəyyənləşdirərək məhv etmək qətiyyən çətin deyil.

Ancaq nəzərə alınmalıdır ki, Azərbaycanın ərazisi heç də böyük deyil. Nə Qarabağda, nə Zaqatalada, nə də başqa bölgələrimizdə terror bazasının yaradılması mümkünsüzdür. Yenə deyirəm, düzdür, onlar bəlkə də riskə gedə bilərlər, ancaq tezliklə aşkarlanaraq məhv ediləcəklər.

PUA-lar istənilən ərazidə davamlı müşahidə apararaq riskli görünən halları müəyyən etmək imkanındadır. Zamanında terrorçular Zaqatala meşələrində Daxili Qoşunların əsgərlərinə hücum edərək silah ələ keçirmişdilər. Hətta o vaxtkı imkanlarımızla həmin terrorçular cəmi iki sutkaya zərərsizləşdirilmişdi. İndi ermənilərin “partizan müharibəsi” aparacaqlarını bəyan etmələri boş cəfəngiyyatdır”.

Səxavət Məmməd

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv