!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənilərin Qarabağda törətdiyi ekoloji vandalizmə susmamalıdırlar" - Tənzilə Rüstəmxanlı yazır

!Reklam – Yazi
Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 10 gündən artıqdır davam edir. Bu Azərbaycan xalqının iradəsinin ifadəsidir. Ölkədə milli birliyi və böyük zəfəri yaradan Ali Baş Komandan İlham Əliyevə olan inam və etibar Xankəndi yolunda xalqın gücü ilə ifadə olunub.

30 il ərzində Ermənistan işğal altında saxladığı ərazilərimizdə əsl vandalizm törədib. Bütün yaşayış məntəqələri dağılıb, o cümlədən həmin torpaqlar ekoloji terrora məruz qalıb. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərdə ekoloji terror və təbii sərvətlərimizin qanunsuz istismarı davam edir. Zəfər Savaşı ilə ərazi bütövlüyünü təmin edən Azərbaycan bu vəziyyətlə barışa bilməz və vətəndaş cəmiyyəti dövlətimizin suveren hüquqlarından irəli gələn tələblər irəli sürüb.

Xüsusi olaraq qeyd olunmalıdır ki, ATƏT, BMT-nin İnkişaf Proqramı, Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Azərbaycan Respublikası 1998-ci il Avropa İqtisadi Komissiyasının Ətraf mühit məsələlərində informasiya əldə etmək, qərarların qəbulunda ictimai iştirak və ədalət mühakiməsinə çatımlılıq haqqında Konvensiyanı (Orxus Konvensiyası) ratifikasiya etmiş ölkələrdən biridir. Vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin və ətraf mühitin mühafizəsinə mühüm önəm verən ictimai fəalların təşkil etdikləri dinc aksiyalar isə tamamilə həmin Konvensiyaya uyğundur. Yəni aksiyanın keçirilməsi və tələbləri bütünlüklə beynəlxalq normalara əsaslanır. Ancaq təəssüflər olsun ki, kiçik bir ekoloji istismarı dünya səviyyəsində ictimailəşdirən beynəlxalq təşkilatlar bu məsələdə də ikili standartlarla hərəkət edir.

Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının iclasında da ikili standartlar gördük. Onlar 30 il ərzində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə necə göz yumurdusa, indi də ekoloji terrora göz yumur, bu terrora qarşı çıxanları başqa cür təqdim edirlər. Bu məsələdə Ermənistanın yalan təbliğatına uyan, ən yaxşı halda hadisələrə susqunluq göstərən beynəlxalq təşkilatlar, ətraf mühitin və ekologiyanın mühafizəsi ilə məşğul olan xarici ölkə QHT-ləri təbiətin qorunması ilə bağlı məqamlarda səmimidirlərsə, ermənilərin Qarabağda törətdiyi ekoloji vandalizmə susmamalıdırlar.

2020-ci il noyabrın 10-da imzalanan birgə Bəyanatla münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunduğu tarixədək və ondan sonrakı dövrlərdə ölkəmizə qarşı törətdiyi ekoloji cinayətlərə, ətraf mühitə dəymiş ziyana görə beynəlxalq hüququn normalarına və milli qanunvericiliyə uyğun olaraq Ermənistana qarşı müvafiq məsuliyyət tədbirləri tətbiq edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətləri bunu bacarmırsa, Azərbaycan beynəlxalq hüquqla təsbit olunmuş hüquqlarını özü bərpa etməyin yolunu bilir və bunu bir dəfə sübut edib!

Bu səbəbdən də, aksiya hədəfinə çatana qədər davam etməlidir. Aksiyanın təşkilatçılarına, iştirakçılarına, zəhməti keçən hər kəsə, xüsusilə bu günlərdə aktivliyi ilə öndə olan, ən çətin günlərdə aksiyada iştirak edən “Azərbaycan Türkiyə evi”nin icrası direktoru, İnterpress.az saytının rəhbəri Toğrul Allahverdiliyə təşəkkürümü bildirirəm.

Azərbaycan-Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri

Tənzilə Rüstəmxanlı

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv