!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərin sərhədə hərbi texnika yığmasının SƏBƏBLƏRİ: "Ermənistan Azərbaycana qarşı müharibə anonsu verir"

!Reklam – Yazi

“Ermənistan bir növ Azərbaycana qarşı müharibə anonsu verir”.

Bu fikri son günlər atəşkəsin intensiv pozulması, erməni tərəfinin Laçın dəhlizi istiqamətinə hərbi texnika cəmləşdirməsi və hazırkı gərginliyi dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, Laçın sərhəd-keçid məntəqəsinin açılması mümkünsüzdür:

“Son zamanlar Qarabağ və dövlət sərhədində gərginlik davam edir. Bu gərginliyi yaradan qarşı tərəfdir. Ermənistanda elə qüvvələr var ki, Paşinyan hakimiyyətini tanımır və ona tabeçilik göstərmir.

Dünya ictimayyətinin diqqətini Azərbaycana yönəltmək istəyirlər. Guya Azərbaycan blokada yaradıb. Sərhədə TIR-lar gətiriblər. Guya Azərbaycan onları Qarabağa buraxmır. Azərbaycan isə onlara alterantiv yol təklif edib. Bunu Şarl Mişel də, Qırmızı Xaç Komitəsi də bəyənmişdi. Belə olan halda onlara bir yol qalıb, ötən əsrin 80-ci illərin sonundakı təxribatları təzələmək. Onlar başa düşməlidir ki, 30 ildən çox vaxt keçib, dünya dəyişib, siyasət dəyişib, qüvvələr nisəti həminki deyil.

Azərbaycana təzyiq göstərilir ki, Laçın sərhəd-keçid məntəqəsi açılsın. Bu yolun açılması mümkünsüzdür. Hesab edirəm ki, Azərbaycan belə bir addım atmyacaq. Onların diqtəsi ilə oturub-durmaq olmaz.

Son günlər demək olar ki, hər gün atəşkəs pozulur. laçın istiqamətinə erməni tərəfi hərbi texnika yerləşdirir. Bu, bir növ Azərbaycana qarşı müharibə anonsu verir. Bu isə erməni tərəfə çox ağır başa gələcək.

Lokal toqquşmaların olması mümkündür, bu, sonda müharibəyə də çevrilə bilər. Həm daxildəki separatçılar, həm də Ermənistan Azərbaycana qarşı təxribatlar törədirlər. Qarabağda 10 minə yaxın silahlı var. Azərbaycan onları ərazidən çıxarmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv