Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənilərin Türkiyədə Azərbaycana qarşı aktivləşməsinin PƏRDƏARXASI

wew

Elman Nəsirov: “Ermənilər Azərbaycan-Türkiyə münasibətlərində anlaşılmazlıq, soyuqluq elementləri yaratmaq istəyirlər”

 Umud Rəhimoğlu: “Ermənilərin bu istiqamətdə fəallığı həm Türkiyə, həm də ondan kənarda həmişə olub”

Son zamanlar erməni yurnalistləri Türkiyədə Azərbaycana qarşı aktivləşməsi hiss olunur. Xüsusən də, saxta erməni soyqırımının 100 illiyi ərəfəsində erməni mətbuatı bu istiqamətdə ciddi cəhdlərdə bulunur. Görəsən, buna səbəb nədir? Olmaya 2015-ci il öncəsi Türkiyəni sıxışdırmaq üçün öncə Azərbaycanı oyundankənar vəziyyətə salmaq istəyirlər?

Məsələ ilə bağlı Yenicag.az saytına açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi ki, erməni jurnalistlərinin Türkiyədə Azərbaycana qarşı aktivləşməsi qondarma soyqırımlarının 100 illiyilə bağlı olaraq gündəmə gələn məsələlərdəndir: “İrəvan erməni soyqırımının qondarma 100 illiyinin keçirilməsilə bağlı ciddi tədbirlər hazırlayır və bir çox hallarda onun detallarını açıqlamırlar. Amma etiraf edirlər ki, böyük tədbirlər həyata keçirəcəklər.  Eyni zamanda onlar qondarma soyqırımı tanımayan bir sıra ölkələrdə də onun tanıdılmasına nail olmaq istəyirlər. Bu istiqamətdə İrəvanda keçiriləcək tədbirlərə dövlət başçılarını da dəvət etmək niyyətindədirlər. Ən azından qonşu Türkiyə və İran dövlətlərinin rəhbərləri dəvət olunub. Türkiyə prezidenti Ərdoğanı dəvət etməkdə onların niyyəti odur ki, onun gəlişi birbaşa da olmasa, dolayısı ilə Ankaranın bu məsələdə tutduğu mövqeyinin dəyişməsi anlamı kimi qəbul ediləcək. Beləcə məqsədlərinə nail olmaq üçün ermənilər fəaliyyətlərini gücləndirib. Türkiyənin həmin tədbirə gedəcəyi təbii ki, qeyri-real məsələdir. Ankara belə bir addım atmaz. Eyni zamanda ermənilər bu addımın atılmasını şərtləndirə biləcək gedişlərə əl atır və bunun üçün təkcə Ermənistanda deyil, xaricdə də fəaliyyətlərini genişləndirib. Erməni mətbuatı fəaliyyətini Türkiyədə də tam səfərbər edib. Çalışırlar ki, qondarma soyqırımın 100 illiyi ərəfəsində bu istiqamətdə özlərinə sərf edən daha ciddi işlər görə bilsinlər. Ona görə də, birinci növbədə  informasiya məkanında daha da aktivləşirlər. Bu yolla ictimai fikrə daha çox təsir etmək niyyətini güdüblər. Ona görə də məlum hadisələr fonunda erməni mətbuatının Türkiyənin özündə də fəallaşmasını başa düşmək mümkündür”.

Nəsirovun fikrincə, bu addımları ilə ermənilər 2015-ci il öncəsi Türkiyəni sıxışdırmaq üçün Azərbaycanı oyundankənar etməyə çalışırlar: “Ermənilərin praktikasında belə hallar var. Çalışırlar ki, Türkiyəyə məlum təzyiqlər fonunda, informasiya müharibəsilə ona təsir etməklə, Ankaranın məlum məsələdə müəyyən mənada mövqeyinin yumşalmasına nail olsunlar. Təbii ki, bu Azərbaycan tərəfinin narazılığına səbəb ola bilər. Nəticədə, Azərbaycan Türkiyə münasibətlərində anlaşılmazlıq məqamları, soyuqluq elementləri yaratmaq istəyirlər.  Ermənilərə də bu lazımdır. Bununla Bakı Ankara münasibətlərinfə müəyyən gərginlik formalaşdırmağı düşünürlər. Ona görə də maksimum çalışırlar ki, Türkiyəyə təsir etsinlər. Çünki, Türkiyə Ermənistan sərhədlərinin açılması ilə bağlı məlum sənədlər arxivə atılsa da, ondan imtina da olunmayıb. Burada əsas proses də həmin müstəvidə Azərbaycan Türkiyə münasibətlərinə müəyyən xələl gətirməkdir.  Bakı ilə Ankara təbii ki, bu prosesin fərqindədir. Azərbaycan Türkiyə dostluq və qardaşlığı əbədidir. Üçüncü tərəflər vasitəsilə Ermənistanın Azərbaycan və Türkiyəyə təsir etmək cəhdləri heç bir real nəticə verməyəcək”.

Erməni mətbuatının Qarabağla Kobani hadisələrini eyniləşdirməsi cəhdlərinə gəldikdə, politoloq bildirdi ki, Ermənistan bununla çalışır ki, müxtəlif paralellər gətirsin: “Lazım gələndə Kosova, Sudan, indiki halda da Kobani ilə belə bir paralel gətirməyə cəhd edirlər. Məqsəd ondan ibarətdir ki, dolayısı ilə situasiyanı tam mürəkkəbləşdirsin və bunun daxilində manevr imkanları yaratsınlar. Nəticədə bu vəziyyətdə Kobani ilə Qarabağ arasında paralellik aparmaqla prinsip etibarı ilə Türkiyənin mövqeyinə də təsir göstərsinlər. Belədə guya Türkiyə bu halda fakt qarşısında qalsın, hesab etsin ki, presedent var və Ermənistanın təzyiqləri ilə siyasətində müəyyən dəyişikliklər etsin. Türkiyə və Azərbaycan fərqində olmalıdır ki, bu kimi oyunlar hər zaman olacaq. Bu halda hər zaman bir-birinin yanında olmaq və dəstək vermək lazımdır. Necə ki, tarix boyu hər zaman bunun şahidi olmuşuq”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu isə ermənilərin əvvəl gündən bu istiqamətdə aktiv olduqlarını dedi: “Ermənilərin  əvvəldən də Türkiyədə fəal olub. Baxmayaraq ki, onlar dünyanın hər yerində qondarma erməni genosidindən danışırlar, amma bildiyiniz kimi, Türkiyə kifayət qədər tolerant bir ölkədir. Ona görə də ermənilər orada çox fəal fəaliyyət göstərib, bu gün də fəaliyyətlərini davam etdirməkdədir. Ona görə heç də o fikirdə deyiləm ki, ermənilər ancaq 100 illiklə bağlı olaraq son dövrlər Türkiyədə aktivləşib. Onların bu istiqamətdə fəallığı həm Türkiyə, həm də ondan kənarda həmişə olub.  Qondarma genosidlə bağlı aparılan təbliğat məqsədyönlü təbliğatdır. Onlar dünyanın hər yerində bəlli bir yerdən idarə olunan və kifayət qədər mütəşəkkil bir toplumdurlar.  Təşkilatlanmış şəkildə fəaliyyət göstərirlər. Həmçinin, 100 illik məsələsi yaxınlaşdığından, ermənilər daha da fəallaşıb”.

Rüfət

Loading...

www.yenicag.az

542