!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərin uğursuz TIR TƏXRİBATI: "Separatçılar suni gündəm yaratmaq üçün yenidən..." - RƏY

!Reklam – Yazi

“21 tırın sərhədə gətirilməsi özünü doğrultmadı”.

Bu sözləri Qarabağdakı ermənilərin Laçın sərhəd-keçid məntəqəsi önündə aksiya keçirmək ehtimalını şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, ermənilər süni gündəm yaratmaq üçün hər cür addım atacaq:

“Ermənilər sülh müqaviləsi imzalamamaq, delimitasiya-demarkasiya prosesini həyata keçirməmək, kommunikasiya xətlərinin açılmaması üçün süni gündəm yaratmaq istəyirlər. Bunun üçün də müxtəlif təxribat xarakterli şoular fikirləşirlər. 21 tırın gətirilməsi özünü doğrultmadı. Ona görə də onlar da, ağaları da istəyirlər ki, başqa təxribata əl atsınlar.

Təxribat üsullarından biri də Xankəndidə əhalini avtobuslara doldurub sərhəd-keçid məntəqəsinə aparmaqdır. Onlar yanılırlar. Vaqif Xaçaturyanın həbs olunması soyuq duş effekti yaratdı. Görünür ağıllanmayıblar. Onlar sona qədər mübarizə aparmaq istəyirlər.

Arayik Arutyunyan və onun ətrafında olanların əlində təxminən 400 milyon vəsait var. Onlar o vəsaiti itirmək istəmirlər. Yaşadıqları ərazidən külli miqdarda qazanc götürürlər. Onların heç birini əldən buraxmaq istəmirlər. Bunun üçün də təxribatlar həyata keçirirlər. Düşünürəm ki, onların planlarının qarşısı qətiyyətlə alınacaq. Ermənilər orada şou düzəltmək istəsələr, sərt şəkildə cəzalarını almalıdırlar, alacaqlar da”.

Səxavət Məmməd

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv