!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənilərsiz Ermənistan kimə lazımdır?” – Vardanyandan XƏBƏRDARLIQ

!Reklam – Yazi

“2023-cü ildə 36 512 erməni vətəndaş Ermənistan pasportu ilə gedib və geri qayıtmayıb. Bu, sadəcə rəqəm deyil, biz dövlətdən uzaqlaşırıq”.

Yenicag.az xəbər verir ki, bunu erməni deputat Elinar Vardanyan yazıb.

O bildirir ki, Ermənistanı tərk edənlərin sayı hər gün artır.

“Ermənistan pasportu ilə gedib, 10 il ərzində geri qayıtmayanların sayı isə 291 327 nəfər olub.
Maraqlıdır ki, 291 327-in demək olar ki, yarısı Ermənistanı tərk edib geri qayıtmayıb.

Yüz minlərlə vətəndaşımız “Yaşıl Kart” arzusundadır. Səfirliyə ABŞ-də daimi yaşamaq üçün 602 359 müraciət daxil olub.
2021-ci ildə 160 965 nəfər ABŞ rezidentliyinə müraciət edib.
Belə bir mühitdə son iki ildə gedənlərin sayının nə qədər olacağını təxmin etmək olar.

Ermənistandan “Yaşıl Kart” üçün müraciət edənlərin faizi Gürcüstan və Azərbaycandan müraciət edənlərin sayından bir neçə dəfə çoxdur.

Bu, hətta mühacirət deyil, bu, vətəndaşın kütləvi xarakter daşıyan dövləti tərk etmək qərarıdır.

Onların dövlətimizə və öz gələcəyinə inamı yoxdur. Hər evdə gələcəklə bağlı qeyri-müəyyənlik var.

Ermənilər davamlı müharibə şəraitində yaşayırlar. Onlar sosial ədalətsizlikdən narazıdırlar.

İnsanlar çarəsiz qalıb, aldanıblar. Gənc nəslin ölkədən getmək istəyinin geniş vüsət alması qorxuludur.

Mən heç kimi günahlandırmıram və haqq qazandırmıram. Sadəcə olaraq təhlükə barədə xəbərdarlıq edirəm.

Həll yollarını tapmaq artıq hər birimizin borcudur. Ermənilərsiz Ermənistan kimə lazımdır?”, – Vardanyan qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

142
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv