!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənipərəst senator Menendesə qarşı YENİ İTTİHAM

!Reklam – Yazi

Ermənipərəst senatora qarşı daha bir ittiham irəli sürülüb.

Yenicag.az xəbər verir ki, yeni ittiham Nyu Cersidən olan ermənipərəst senator Robert Menendesə qarşıdır. O, ötən ay rüşvət almaqla siyasi yardım göstərməkdə ittiham olunub.

Menendes Senatın Xarici Əlaqələr Komitəsində işlədiyi müddətdə Misir agenti kimi fəaliyyət göstərməkdə günaahlandırılır.

Federal prokurorlar Robert Menendesi, onun həyat yoldaşı Nadine Menendesi və üçüncü müttəhim Vael Xanı senatorun Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədən Misirə işləməsini təşkil etməkdə ittiham ediblər.

Prokurorlar hakimdən Menendes ailəsinə rüşvət kimi verilmiş Nyu-Cersi ştatında mənzilin, həmçinin “Mercedes-Benz” markalı avtomobilin müsadirə edilməsini istəyib.

Xuraman Etibarlı

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv