!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənipərəst siyasətçiyə elə ermənilər HÜCUM ETDİ

!Reklam – Yazi

Polşalı siyasətçi bir qrup erməninin hücum və təhqirlərinə məruz qaldığını bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə polşalı siyasətçi və bloger Tomaş Lex Buçek öz Facebook səhifəsində yazıb. O, ermənipərəst mövqeyi ilə tanınıb. Ermənistan və Qarabağdakı separatçıları dəstəkləyən bəyanatlar və təşəbbüslərlə çıxışlar edib.

“Polşadakı erməni diasporunda söz sahibi olan mütəşəkkil bir qrup erməni tərəfindən hücuma, təhqir və böhtanlara məruz qalıram.

Hər şey mən Qarabağ fondunun prezidenti olanda başladı. İlk hücum fondun qeydiyyata alınmasından bir həftə sonra baş verib. Təfərrüatlar barədə sabah sosial şəbəkələrdə sizə məlumat verəcəyik”, – deyə ermənipərəst fiqur əlavə edib.

Xuraman Etibarlı

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv