!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü barədə təhlükəli PROQNOZ:  İrəvan hansı zəmanətləri almağa hazırlaşır…

!Reklam – Yazi

Ermənistanın hökumət dairələri aprelin 5-də Brüsseldə Nikol Paşinyan-Ursula Von der Leyen-Entoni Blinken formatında keçiriləcək üçtərəfli görüşü tarixi adlandırsa da, bu ölkənin siyasi və politoloji dairələri məsələ ilə bağlı təhlükəli proqnozlar verirlər. Çünki Rusiya, İran, eləcə də Azərbaycan gözlənilən görüşə çox kəskin reaksiya verdi.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Erməni nəşri sözügedən görüşün “tarixiliyi”ni izah edərkən bildirib ki, Paşinyan hakimiyyətinin fikrincə, əgər çoxlu iqtisadi dəstək ala bilirlərsə, niyə də ABŞ və Avropa İttifaqından (Aİ) təhlükəsizlik zəmanəti almasınlar.

Qəzetin qeydlərinə görə, Ermənistan ilk dəfədir ki, Aİ və ABŞ-ın yüksək rütbəli rəsmiləri ilə eyni masa arxasında məsələləri müzakirə edəcək:
“Bu arada rəsmi Bakının həmin görüşdə iştirak etməməsi onun Ermənistan-Azərbaycan münaqişəsində kompromisə getməyəcəyi anlamına gəlir. Bundan başqa, Moksvada hesab edirlər ki, bu görüşün məqsədi Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması deyil, əksinə, Cənubi Qafqazda yeni bölücü xətlərin yaradılması, Rusiya ilə çoxəsrlik əlaqələri məhv etmək, regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın mövcud mexanizmlərini zəiflətməkdir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bildirib ki, Ermənistan Qərbin son dərəcə təhlükəli proqramlarının həyata keçirilməsi üçün alətə çevrilir”.
KİV vurğulayıb ki, Ermənistanın ən mühüm müttəfiqi olan İranın da sözügedən görüşlə bağlı narahatlıqları gündəmə gəlib:
“Qərbin müdaxiləsi Cənubi Qafqazda vəziyyəti çətinləşdirəcək”, – deyə İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi görüşdən danışarkən bildirib.
Bundan başqa, həmin görüş haqqında Azərbaycandan da sərt reaksiyalar gəlməkdə davam edir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü kimi təşəbbüslər Ermənistanın yeni təxribatlarına töhfə verə bilər.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin mümkün yeni təxribatlarını dəf etmək üçün hərbi hissələr daim yüksək döyüş hazırlığı vəziyyətində olmalıdır”.

“Hraparak”a danışan erməni politoloq Suren Zolyan isə şübhə etmir ki, bu görüş, ilk növbədə, Rusiyaya qarşı yönəlib və Qərb bəzi vədlərlə Ermənistanın köməyi ilə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışacaq.
Zolyanın təhlilinə görə, Nikol Paşinyan və onun hökuməti artıq Azərbaycanın reaksiyası üçün legitim zəmin yaradıb və baş nazir ölkəsini Avropa və dünya miyqasında işğalçı kimi təqdim edib.
“Paşinyanın çıxışları Azərbaycanın Tavuşdakı kəndlərlə bağlı hərbi əməliyyatlar keçirməsinə zəmin yaradır. O, Bakının tələbini yerinə yetirərək, həmin torpaqları geri verməyəcək. Təbiidir ki, onun bu ritorikası artıq Azərbaycana torpaqları hərbi yolla azad etmək imkanı verir. Lakin bu cür bəyanatlardan nə Rusiya Federasiyasının, nə də Qərbin bizə heç bir köməyi olmayacaq”, – deyə o bildirib.

Zolyanın fikrincə, ABŞ və Aİ Ermənistana müəyyən zəmanətlər verməyə çalışacaq: “Bunların İrəvan üçün qarantiya olub-olmayacağı başqa məsələdir, amma biz eyni kollektiv Qərbin Ukraynaya hansı zəmanətləri verdiyini gördük. Bizim indiki vəziyyətimizdə başa düşmək lazımdır ki, avropalı əsgərlər türklərə qarşı döyüşməyə gəlməyəcək, yaxud ingilis gəmiləri Ararat dağına qalxası deyil. Bunların etmək bizim öhdəliyimizdir. Düşünürəm ki, Ermənistana verilən təminatlar vəziyyəti gərginləşdirəcək”.
Erməni analitik onu da əlavə edib ki, Qərbin Azərbaycana qarşı sanksiyalar tətbiq edəcəyi barədə xəyal qurmağa ehtiyac yoxdur, çünki bunun sübutu NATO baş katibinin regiona səfəri zamanı nəzərə çarpdı:

“Bir sözlə, bu, bizim hakimiyyət orqanlarının növbəti təhlükəli avantürası olacaq, onun ardınca isə təhlükəli bəyanatlar və hərəkətlər gələcək. Məndə elə təəssürat yaranıb ki, Brüssel görüşü Praqanın təkrarı olacaq. Yada salaq ki, bundan sonra biz “Artsax”ı itirdik və o tənzimləmələrə cavabdeh olan Şarl Mişel və Emmanuel Makron bir-iki rəsmi bəyanatdan başqa, məsələyə heç bir reaksiya vermədilər. Ona görə də Azərbaycan indi əlverişli vəziyyətdədir. Onlar Qarabağdan sonra Tavuşdakı torpaqlarını geri tələb edə bilər”.

Rafi Müslümov

www.yenicag.az

154
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv