!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan Aİ ilə ticarəti artırır

!Reklam – Yazi

Ermənistan Rusiyadan asılılığı azaltmaq üçün xarici ticarət əlaqələrini aktiv şəkildə şaxələndirir.

Yenicag.az Sputnik Armeniya-ya istinadla xəbər verir ki, parlamentdə büdcə müzakirələri zamanı iqtisadiyyat naziri Vahan Kerobyan Avropa İttifaqının aparıcı üzv ölkələri ilə ticarətin artdığını bəyan edib.

Onun sözlərinə görə, Fransa ilə ticarət dövriyyəsi 53%, Almaniya ilə 40%, Hollandiya ilə 44% artıb.

Ümumən ilin 9 ayı ərzində Aİ ilə ticarət dövriyyəsi 40% artaraq 2,1 mlrd. dollara çatıb.

Beləliklə, Aİ Ermənistanın Rusiyadan sonra ikinci ən böyük ticarət tərəfdaşı olub.

Hesabat dövründə Ermənistanın Rusiya Federasiyasının özü ilə ticarət dövriyyəsi 50%, Avrasiya İqtisadi Birliyi ilə isə 44% artıb.

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv