!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan Aİ-yə ancaq Türkiyənin bir hissəsi kimi üzv ola bilər” - Rusiyalı politoloq

!Reklam – Yazi

Ermənistan Aİ-yə ancaq Türkiyənin bir hissəsi kimi üzv ola bilər.

Yenicag.az xəbər verir ki, bunu rusiyalı politoloq İİR-in Geosiyasi Tədqiqatlar Mərkəzinin direktoru Dmitri Rodionov deyib.

Rodionov Ermənistanın Aİ-yə üzv olmağa can atması xəbərini şərh edib.

Ekspertin fikrincə, Ermənistanın heç vaxt Aİ-yə üzv olmaq şansı olmayacaq.

“Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinə və Avropa Parlamentinin qətnaməsinə gəlincə, bu, əlbəttə ki, kifayət qədər gülməlidir.

Hətta nə vaxtsa Ermənistanın Avropa İttifaqına namizəd statusu alması baş versə belə, bildiyimiz kimi, Türkiyə bir neçə onilliklərdir ki, bu statusla yaşayır.

Türkiyənin üzv olması ilə bağlı danışıqlar 2005-ci ildə başlayıb və hesab edirəm ki, Türkiyənin nə vaxtsa Avropa İttifaqına üzv olma şansı yoxdur.

Necə ki, Gürcüstanın, Moldovanın, Ukraynanın bu şansı yoxdur. Və təbii ki, Ermənistanda da bu heç vaxt olmayacaq.

Ona görə də Avropa Parlamentinin bu cür bəyanatları yalnız gülüş yaradır. Məncə, Avropa Birliyinin genişlənmə tarixini bilənlər buna ancaq gülə bilər. Lakin bütün bunlarə yalnız Ermənistanın xarici siyasət vektorunun Rusiyadan Qərbə dəyişməsi kimi başa düşülməlidir”, – Rodionov bildirib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasına münasibət bildirən ekspertin deyib ki, bu, Rusiya ilə münasibətlərin tamamilə kəsilməsinə gətirib çıxaracaq və Bakıya yeni münaqişəyə başlamaq üçün faktiki dəvət olacaq.

“Əlbəttə, bu, Rusiya üçün kifayət qədər ağrılı olacaq. Çünki Ermənistanın KTMT-dən çıxması və Rusiya hərbi bazasının çıxarılması, faktiki Rusiyanın Qafqazdan çıxması deməkdir.

Amma bu, Ermənistan üçün çox daha ağrılı olacaq. Çünki onun üçün KTMT-dən çıxmaq və rus ordusunu çıxarmaq əslində Azərbaycana yeni münaqişəyə başlamaq üçün dəvətdir. Ən azından Bakının artıq İrəvandan ultimatum şəklində tələb etdiyi bu anklav kəndləri üçün.

Bu anklav kəndlərinin itirilməsi isə Gürcüstana və müvafiq olaraq Rusiyaya gedən yolun itirilməsidir. Yəni, hərbi-siyasi əməkdaşlıqla yanaşı, iqtisadi əməkdaşlığa da son qoyulacaq.

Amma bu, ən yumşaq ssenaridir. Ən ağır ssenari isə Zəngəzur bölgəsinin itirilməsidir.

Ermənistan üçün ən ekstremal, ən pis ssenari dövlətçiliyin bütövlükdə itirilməsi və ərazisinin Türkiyə ilə Azərbaycan arasında bölünməsidir. Və bu halda, Ermənistanın həqiqətən də Avropa İttifaqına növbəsiz, amma Türkiyənin bir hissəsi kimi daxil olmaq şansı var”, – Rodionov fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv