!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan anti-Rusiya tramplininə çevrilib Qərbin növbəti qurbanı olmamalıdır” - Şarmazanov

!Reklam – Yazi

“Ermənistan anti-Rusiya tramplininə çevrilməklə kollektiv Qərbin növbəti təbliğatının qurbanı ola bilməz”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının üzvü Eduard Şarmazanov yazıb.

O bildirib ki, Ermənistan birqütblü dünyanın tərəfdarına çevrilməməlidir.

“Siyasi şüurumuz bir neçə sadə həqiqəti dərk etmədikcə, araba yerindən tərpənməz.

Postsovet məkanında gərginliyin əsas səbəbi nədir?

NATO və Qərb birqütblü dünya yaratmaq istəyirdi. Buna görə də Rusiya sərhədləri boyunca “gərginlik ocaqları”, “rəngli inqilablar” təşkil etdi. Mümkün olan yerlərdə anti-Rusiya rejimləri qurdu.

Qərb Ukraynanın suverenliyindən danışır. Özü isə onun suverenliyini puç edib, Ukraynanı vassala və anti-Rusiya tramplininə çevirib.

Lakin Qərbdə bunu “suverenlik uğrunda mübarizə” adlandırmağa üstünlük verirlər.

Bunu suverenlik adlandırmaq gülüncdür. Qərbi Avropa çoxdan öz suverenliyini itirib, faktiki olaraq ABŞ-nin peykinə çevrilib.

 

Əgər kollektiv Qərb suverenlik tərəfdarı olsaydı, Qarabağı Praqa və Qranadada Azərbaycanın bir hissəsi elan etmək əvəzinə, müstəqilliyini dəstəkləyərdi”, – erməni siyasətçi qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

136
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv