!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan-Azərbaycan arasındakı sülh danışıqlarında ÜÇLÜYÜN ROLU: "Brüssel masası sıradan çıxırsa..." - RƏY

!Reklam – Yazi

“Paşinyan bundan sonra danışıqlara qatılmağa razı olsa, Brüssel formatı bərpa oluna bilər. Əgər bunu etməsələr, Brüssel masası sıradan çıxır, yerdə Moskva və Vaşinqton meydançası qalır . Bu meydançalar arasında hansı birisinin hərbi, siyasi, maddi və mənəvi gücü daha çoxduru müzakirə etmək olar”.

Bu fikri Ermənistan-Azərbaycan arasındakı sülh danışıqlarındakı üç masadan birinin sıradan çıxma ehtimalı, Moskva-Vaşinqton variantı və gözlənilənləri şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Zərdüşt Əlizadə bildirib ki, Ukrayna müharibəsində Rusiya və ABŞ-dən hansının qalib olması prosesə təsir imkanını artıracaq:

“İki ölkə arasında münasibətləri yoluna qoymaq üçün üç masa vardı – Moskva, Vaşinqton və Brüssel. Moskva və Brüssel danışıqlarında dövlət başçıları görüşür. Vaşinqton masasında isə xarici işlər nazirləri görüşür.

Brüssel masası ilə bağlı əngəl yaranıb. Fransa Prezidenti Emmanuel Makronun xahişi ilə Ermənistan Baş naziri Nikol Paşinyan Brüssel danışıqlarında onun da iştirakını təklif etdi. Azərbaycan Fransanın Azərbaycana qarşı qeyri-konstruktiv mövqeyini əsas görtürərək bəyan etdi ki, Makronluq burada iş yoxdur. İlham Əliyev açıq dedi ki, Makronun görüşlərdə iştirakına israr etsələr, Paşinyanla görüşməyəcək. Brüssel seçim qarşısında qalıb. Brüsselin Paşinyanla Makronun şıltaqlığına dözüb indiyənə qədər çəkdikləri hədər gedəcək və danışıqlar masasından kənar qalacaq. Məsələ ondadır ki, Avropa Birliyinin danışıqlarda səmərəli iştirakı Qurumun avtoritetini artırır, şənini yüksəldirdi. Belə olan halda Şarl Mişel seçim qarşısındadır. Şark Mişel Makronu məcbur etməlidir ki, desin, danışıqlarda iştirak etmək ona lazım deyil. Paşinyan bundan sonra danışıqlara qatılmağa razı olsa, Brüssel formatı bərpa oluna bilər. Əgər bunu etməsələr Brüssel masası sıradan çıxır, yerdə qalır Moskva və Vaşinqton meydançası. Bu meydançalar arasında hansı birisinin hərbi, siyasi, maddi və mənəvi gücü daha çoxduru müzakirə etmək olar”.

Moskva-Vaşinqton formatında hansı tərəfin daha çox söz sahibi olmasına gəldikdə isə, politoloq bunları deyib:

“Moskvanın bölgədə hərbi, siyasi gücü çoxdur. Vaşinqtonun isə siyasi və maliyyə gücü çoxdur. Bu iki meydançanın mübahisəsi Ukraynada gedən hərbi əməliyyatlardan asılıdır. Əgər Ukrayna ordusu yaza qədər rus ordusunu ağır vəziyyətə salsa, onda Vaşinqton meydançasının imkanları artacaq. Üstəlik başqa bir amil də var – Bakının İrəvana təzyiqi. Əgər Azərbaycan Laçın dəhlizində sərhəd, gömrük məntəqələri qoysa, giriş-çıxış nəzarətə götürülsə, bu, Ermənistana ciddi zərbə olacaq. Eyni zamanda bu Rusiyanın da buradakı hökmranlığına ciddi zərbədir. Çünki üçtərəfli bəyanatda deyilirdi ki, Laçın dəhlizi yalnız və yalnız Rusiyanın nəzarətində olacaq. Görəndəki rus hərbçiləri öz öhdəliklərini yerinə yetirmir, silahlıları bölgədən çıxarmır, Azərbaycanla erməni əhalisi arasında təmasa şərait yaratmır, Azərbaycan birtərəfli qaydada Laçın dəhlizində nəzarəti ələ ala bilər. Azərbaycanın başqa bir variantı da mövcuddur. Azərbaycan tərəfi tələb edə bilər ki, Ağdamdakı rus və türk hərbçilərdən ibarət Birgə Monitorinq Mərkəzi Laçın dəhlizində də bir məntəqə açsın, dronlarla deyil, həm də əraziyə bilavasitə orada nəzarət etsinlər. Bu zaman ermənilərin gediş-gəlişlərinə rus hərbçiləri yox, rus və türk hərbçiləri nəzarət edəcəklər. Ermənistan üçün bu qəbuldursa, razı olsun. Qəbul deyilsə, zəhmət çəkib Zəngəzur yolu ilə bağlı Rusiya və Azərbaycanın təklifini qəbul etsin.

Zəngəzur yolunun statusu ilə bağlı Rusiyanın Azərbaycanın dili ilə Ermənistanın qarşısında qoyduğu şərtlər bizə xeyir deyil. Azərbaycan üçün kifayətdir ki, yol açılsın, sərbəst gediş-gəliş təmin edilsin, ora kim nəzarət edəcək bunun əhəmiyyəti yoxdur. Əsas odur ki, üçtərəfli bəyanatda deyildiyi kimi maneəsiz gediş-gəliş olsun”.

Səxavət Məmməd

www.yenicag.az

1289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv