!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan-Azərbaycan danışıqları: "Rusiya sülhməramlıları gedəndən sonra..." - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanla Ermənistan arasındakı sülhün əldə edilməsi Rusiyanın Qarabağdan çıxmasından sonra mümkün görünür”.

Bu sözləri Ermənistanda revanşistlərin yeni müharibə iddiasını şərh edən deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Yenicag.az-a açıqlamasında deyib.

Razi Nurullayev bildirib ki, sülh olmadıqca, müharibə ehtimalı hər an qüvvədədir:

“Ermənistanın özündə səslənən revanşist fikirlər boğazdan yuxarı səslənən fikirlərdir. Azərbaycan tərəfi bunu qınayır. Ancaq revanşist fikirlər Ermənistan rəsmi dairələri tərəfindən səsləndirilmir. Avara, işsiz-gücsüz, Paşinyana qarşı müxalifətdə olan qüvvələr bu fikirləri ortaya atır. Onların nə silahı var, nə də silah versən, döyüşəcək adamlar deyil. Bunu Paşinyan da çox gözəl bilir. Müharibə zamanı Paşinyan onlara çağırış edirdi ki, gəlin döyüşün, qaçırdılar.

Ermənistanla Azərbaycan arasında sülh lazımdır. Sülh olmayana qədər müharibə təhlükəsi qalır. Hər an müharibə başlaya bilər. Çünki sülh müqaviləsi yoxdur. Rusiya sülh müqaviləsində maraqlı deyil. Sülh müqaviləsi bağlanarsa, o zaman Rusiya sülhməramlıları həmin ərazidən çıxıb getməlidir. Bu, birmənalıdır. Ona görə də Rusiya bunu istəmir. Bundan əlavə, münaqişənin davam etməsi ilə tərəfləri Rusiya öz orbitində saxlamaq niyyətindədir. Azərbaycanla Ermənistan arasındakı sülhün əldə edilməsi Rusiyanın Qarabağdan çıxmasından sonra mümkün görünür.

Azərbaycanı bəzən qınayırlar ki, niyə antiterror əməliyyatı keçirmir. Bunu həm də Rusiya ilə münaqişə yaranma ehtimalına görə etmir. Sonradan bunu edəcək. Rusiya sülhməramlılarının mandat müddətinin bitməsinə 6 ay qalmış Azərbaycan onların qalmasına etiraz edəndən sonra Qarabağda separatçıların qalması mümkün deyil. Onlar qaçıb gedəcək. Hansılar ki, qalıb yaşamaq istəyəcək, onların reinteqrasiyası ilə bağlı addımlar atılacaq”.

Səxavət Məmməd

www.yenicag.az

504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv