!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan-Azərbaycan danışıqları vasitəçisiz baş tutub" - Xandanyan

!Reklam – Yazi

“Danışıqlar vasitəçisiz baş tutub”.

Yeniçag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onlar Ermənistan-Azərbaycan danışıqlarında vasitəçi olub-olmaması ilə bağlı sual veriblər.

“Ermənistan və Azərbaycan arasında danışıqlar ikitərəfli formatda baş tutub. Bundan sonra Ermənistan Respublikasının Baş nazirinin aparatı və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının birgə bəyanatı dərc edilib. Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin Administrasiyasının dünənki bəyanatı ilə nəticələnən danışıqlar ikitərəfli olub və bəyanatda başqa tərəfin adı yoxdur”.

O, daha sonra əlavə edib:

“Bu məsələ humanitar məsələyə aiddir və daha həssas məsələdir. Əsirlərin qaytarılması haqqında uzun müddət və dəfələrlə danışmışıq. Bu formatda bu məsələni razılaşdırmaq və həll etmək imkanı var idi. Bu, çox mühüm bəyanatdır və ümumi danışıqlar prosesinin məntiqi baxımından onu əhəmiyyətini azaltmaq olmaz.

Ermənistan sülh sazişi üzrə danışıqların bu ilin iyulunda tərəflərin razılaşdırdığı prinsiplər əsasında aparılmalı olduğunu israr etməkdə davam edir. Ermənistan həmçinin vasitəçi tərəfləri danışıqlara başladıqları platformalarda davamlılığı təmin etməyə çağırır”.

Xuraman Etibarlı

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv