!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan-Azərbaycan münaqişəsində Rusiya MÖVQEYİ: "Bu, Rəsmi Kremlə sərf etmir, çünki..." - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Yeni münaqişənin yaranması Ermənistanda Rusiya bazasının ölkə ərazisindən çıxarılması tələbləri ilə nəticələnə bilər”.

Bunu son dövrlər Ermənistanla Azərbaycan arasında gərginləşən münasibətlərin hərbi münaqişəyə çevrilmə ehtimalından danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistanda Azərbaycan bayrağının yandırılması və əsir əsgərimizin əl-qolunun bağlanaraq ona işgəncə verilməsi Rusiyanın Ermənistanı nüfuzdan salmaq üçün planının olduğunu düşünmürəm:

“Hazırda Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında yeni münaqişə yaratmaq Kremlin maraqlarına cavab vermir. Çünki indiki mərhələdə Rusiyanın Ukraynada başı çox qarışıqdır. Bu səbəbdən yeni münaqişənin formalaşması Rusiyanın öz nüfuzuna ciddi təsir edə bilər. Bu, xüsusilə də rus sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərə aiddir.

Sərhəddə isə yeni münaqişənin yaranması Ermənistanda Rusiya bazasının ölkə ərazisindən çıxarılması tələbləri ilə nəticələnə bilər. Ona görə də hələ ki Ermənistanla Azərbaycan arasında yeni münaqişənin formalaşması Rusiyaya heç bir halda sərf etmir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

412
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv