!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan Azərbaycanın bütün tələblərini qəbul edəcək" - “Stratfor”

!Reklam – Yazi

Ermənistan Azərbaycanın bütün tələblərini qəbul edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “Stratfor” analitik mərkəzinin 2024-cü il üçün proqnozları ilə bağlı dərc etdiyi hesabatda deyilir.

Nəşr yazır ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə irəliləyiş ehtimalı var, lakin genişmiqyaslı müharibənin genişlənməsi və ya yenidən başlaması riski yüksək olaraq qalacaq.

“Ermənistan Qərblə artan siyasi əlaqələrindən və onun hərbi dəstəyindən Bakının tələblərinə qarşı çıxmaq üçün istifadə edəcək. Lakin İrəvanın cüzi təsir rıçaqlarının olduğunu nəzərə alsaq, o, Bakının Ermənistanın cənubundan tranzit keçməsi və sərhədin demarkasiyası tələblərini qəbul edəcək”, – deyə nəşr mənbələrə istinadən vurğulayıb.

Eyni zamanda, Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər və ticarət əlaqələri yeni səviyyəyə qalxacaq.

Cənubi Qafqazda Şərq-Qərb tranziti əsasən Gürcüstan ərazisindən keçməklə davam edəcək və Azərbaycan Rusiyanı İranla birləşdirən Şimal-Cənub infrastrukturunun inkişafına töhfə verəcək”, – “Stratfor” analitikləri qeyd edirlər.

Xuraman Etibarlı

www.yenicag.az

152
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv