!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan bacarıqsız dövlətdir, Azərbaycan isə çox mühüm müttəfiqimizdir" - Rusiyalı politoloq - VİDEO

!Reklam – Yazi

“Ermənistan artıq qeyri-funksional dövlətdir, Azərbaycan isə Qafqazda bizim çox mühüm müttəfiqimizdir”.

Yenicag.az xəbər verir ki, bunu rusiyalı politoloq, Tarix elmləri doktoru Sergey Karaqanov Rusiya televiziyasının canlı efirində deyib.

O, müzakirə zamanı Rusiyaya dost və müttəfiq ölkələrdən danışıb. Siyasətçi Ermənistanı dağılan ölkə adlandırıb.

“Ermənistan faciədir. Oradan bacarıqlı insanlar hamısı köçüb gedib. Ölkə yavaş-yavaş parçalanır və mən düşünürəm ki, bu proses uzun çəkəcək.

Ermənistan artıq bacarıqsız dövlətdir, ümid edirik ki, orada böyük konfliktlər baş verməyəcək, bu, onlara lazım deyil.

Başqa ölkələrə gəlincə, mən pozitiv  şeylər görürəm. Özbəkistan yaxşı inkişaf edir. Azərbaycan çox yaxşı vəziyyətdədir. O, Qafqazda bizim çox vacib tərəfdaşımızdır. Çünki Hind okeanına çıxışımızda bizi Hind körfəzi ilə birləşdirən əsas yol Azərbaycandan keçir və keçəcək”, – Karaqanov bildirib.

Xuraman Etibarlı

 

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv