“Hələlik Ermənistan tərəfindən Qoşulmama Hərəkatının Bakı sammitində iştirakla bağlı müraciət daxil olmayıb”.
Yenicag.az bildirir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov jurnalistlərin uallarını cavablandırarkən deyib.
O qeyd edib ki, iştirak onlayn şəkildə həyata keçirilir:
“Sammitdə iştirak etmək istəyənlər ərizə verir. Hələlik Ermənistan tərəfindən müraciət daxil olmayıb”.
Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.