!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan Balasanyanı Azərbaycana təhvil verəcək? - AÇIQLAMA

!Reklam – Yazi

Xocalı qatili, terrorçu və qanunsuz rejimin rəhbərlərindən biri olmuş Vitali Balasanyanın hazırda Ermənistanda olduğu deyilir. Bəs görəsən, Ermənistan tərəfi Qarabağda hərbi cinayətlər törətmiş Balasanyanı Azərbayacan təhvil verə bilərmi?

Yenicag.az xəbər verir ki, Milli Məclisin üzvü Fazil Mustafa “Unikal”a açıqlamasında bildirib ki, bu məsələni Ermənistanla ekstradisiya haqqında müqavilə olarsa, onun əsasında tələb edə bilərik. Deputat qeyd edib ki, V.Balasanyan faktiki olaraq Ermənistan vətəndaşıdır və Azərbaycan ərazisində cinayət törədib:

“Azərbaycan öz ərazisində cinayət törədən şəxslərin siyahısını Ermənistana təqdim edəcək və bunu tələb edəcək. Amma onu indiki vaxtda hansısa formada gətirmək real görünmür. Bütün bu məsələlərə Ermənistanla sülh sazişi imzalandıqdan sonra baxmaq olar. Yəni, normal dövlət münasibətləri olandan sonra konkret hüquqi sənədlər Ermənistana təqdim olunacaq. Həmçinin, bu şəxslər beynəlxalq axtarışa veriləcək və bəziləri artıq verilib. Ondan sonra nəinki Balasanyan, Koçaryan və Sarkisyanın da məsuliyyətə cəlb olunması məsələsi həll oluna bilər. Onlar Azərbaycana təhvil verilməli və ölkəmizdə mühakimə olunmalıdırlar. Əvvəl-axır törətdikləri əməllərə görə bu cinayətkarların cəzaları veriləcək”.

Xatırladaq ki, bu günlərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı rəsmi məlumatda əsir düşmüş Natiq Qasımovun məhz Vitali Balasanyan tərəfindən vəhşicəsinə qətlə yetirildiyi açıqlanıb.

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv