!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan – boş, mənasız bir dövlətdir!” - Erməni siyasətçi

!Reklam – Yazi

“Ermənistan – boş, mənasız bir dövlətdir!”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu “Alternativ layihələr” qrupunun həmtəsisçisi, erməni ekspert Vahe Ohanesyan deyib.

“Bir rəhbərliyinin strateji düşüncəsi, strateji hədəfləri olan, 5-10-15 il nə istədiyini bilən Azərbaycan var, bir də Ermənistan var ki, hakimiyyəti 5 həftədir nə istədiyini belə bilmir. Təəssüf ki, onlar Ermənistanı heç nəyi vecinə almayan bir dövlətə çeviriblər.

Bu, normal bir vəziyyət deyil. Biz böyük, fəlakətli itkilər verdik, amma Nikol Paşinyan hələ də hakimiyyətdədir. Məncə, o da buna təəccüblənir. Biz təslim olmuş xalqıq. Burada xarici düşmən axtarmağa ehtiyac yoxdur, problem artıq özümüzdədir.

Biz elə vəziyyətə gəlmişik ki, erməni xalqı hökuməti yox, dövləti rədd edir. Nə qədər ki, İrəvan həbsxanalarında nazirlər kabinetində oturanlardan qat-qat ağıllı adamlarımız var, biz ləyaqətsiz cəmiyyəti təmsil edirik.

2018-ci ildə küçədən, tərcümeyi-halsız, yalnız doğum tarixi ilə hakimiyyətə gəldilər və ölkəyə nə etdiklərini gördük. Elə etməliyik ki, növbəti hakimiyyət küçədən gəlməsin. Böyük təhlükə var ki, gələcək hökumət Nikoldan da pis ola bilər. Ermənistan dövlətçiliyini itirmək riski ilə üzləşir – bu və ya digər şəkildə…”, – Ohanesyan bildirib.

Xuraman Etibarlı

 

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv