!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan bu layihələrdə iştirak edə bilər: “Sülh müqaviləsini imzalayarsa...”

!Reklam – Yazi

“Ermənistanın prosesləri uzadan mövqeyini dəstəkləyən Fransa və digərləri artıq Azərbaycanın sülhyönümlü qətiyyətini və əzmini gördü”.

Bunu Yenicag.az-a açıqlamasında həm Azərbaycanın, həm də Ermənistanın noyabr ayına qədər sülh müqaviləsinin imzalanacağı ilə bağlı verdiyi proqnozların doğruluq payını şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, artıq Ermənistanda da sülh müqaviləsinin mahiyyətini anlayan şəxslər tez bir zamanda münasibətlərin normallaşdırılması ilə bağlı fikirlər səsləndirir.

“Çünki yeganə çıxış yolunun sülh olduğunu yaxşı bilirlər. Belə ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, Türkiyə-Ermənistan münasibətləri də düzələr, regional kommunikasiyalar və layihələrdə İrəvan da iştirak edərək iqtisadiyyatı dirçəldə bilər”, – deyə deputatı qeyd edib.

Nəsimi Ələsgərli

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv