!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan bu vədləri yerinə yetirmir” – Paşinyanın dediklərinə REAKSİYA

!Reklam – Yazi

“Artıq mesajlarla bərabər qəti addımların atılmasını gözləyirik”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın delimitasiya və demarkasiya məsələsi istiqamətində işğal altındakı kəndlərin Azərbaycana qaytarılmasının vacibliyini vurğulamasının sülh prosesinə təsirindən danışan politoloq Mətin Məmmədli Yenicag.az-a açıqlamasında deyib.


Onun sözlərinə görə, ümumilikdə Paşinyan və digər erməni rəsmilərin işğal altındakı kəndlərin Azərbaycana qaytarılması ilə bağlı mesajlarını müsbət qiymətləndirmək olar:

“Əgər dediklərini reallığa çevirə biləcəklərsə, qarşılıqlı etimad mühiti yaranacaq ki, bu da sülh müqaviləsinin əldə olunması üçün əlverişli zəminin formalaşması deməkdir.

44 günlük müharibədən sonra Ermənistan tərəfindən verilən vədləri müşahidə etsək müsbət mesajlar kimi dəyərləndirmək mümkündür. Lakin bir məsələ var. Ermənistan bu vədləri ya yerinə yetirmir, ya da tam əksinə hərəkət edir.

Bu səbəbdən artıq mesajlarla bərabər qəti addımların atılmasını gözləyirik. Yəni həmin kəndlərin qaytarılması ilə bağlı praktiki addımlara ehtiyac var. Əgər həqiqətən də vədlərinə əməl edəcəklərsə, sülh prosesinə böyük töhfə verəcəklər. Çünki delimitasiya və demarkasiya danışıqlar prosesinin mühüm elementlərindən biridir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv