!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan Çexiya və Qırğızıstana hərbi attaşelər GÖNDƏRƏCƏK

!Reklam – Yazi

Ermənistan Çexiya və Qırğızıstana hərbi attaşelər göndərmək niyyətindədir.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb. Bildirilir ki, Ermənistan hökumətinin iclasının gündəliyinə Çexiya və Qırğızıstanda hərbi attaşelərin təyin edilməsi məsələləri daxil edilib.

Çexiyaya hərbi attaşenin göndərilməsi ilə bağlı layihədə deyilir ki, layihənin qəbulu ilə Ermənistanın Çexiyada akkreditə olunmuş hərbi attaşesi olacaq. O, dövlətlərin hərbi-siyasi əməkdaşlığını əlaqələndirəcək.

Qeyd olunur ki, Çexiyadakı hərbi attaşe vəzifəsi Ermənistanın Almaniyadakı səfirliyində hərbi attaşe vəzifəsi ilə birləşdiriləcək.

Qırğızıstana hərbi attaşenin göndərilməsi ilə bağlı layihədə Ermənistan və Qırğızıstanın müdafiə sahəsində, eləcə də hərbi-texniki sahədə əlaqələrin gələcək inkişafı üçün əhəmiyyətli potensiala və perspektivlərə malik olduğu qeyd edilir.

Qırğızıstanda hərbi attaşe vəzifəsi Qazaxıstan Respublikasında hərbi attaşe vəzifəsi ilə birləşdiriləcək.

Xuraman Etibarlı

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv