!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan çıxılmaz vəziyyətdə yox, tələdədir” - Danielyan

!Reklam – Yazi

“Biz çıxılmaz vəziyyətdə deyilik, tələyə düşmüşük”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın keçmiş ədliyyə naziri Gevork Danielyan deyib. O bildirib ki, dalandan geri qayıtmaqla çıxış yolu var, amma hazırkı situasiyada Ermənistan tələdədir.

“Biz özümüzü çıxılmaz vəziyyətdə yox, tələdə aşkarladıq. Bu tələdən qurtulmağın yolklarını isə heç kim bilmir”, – Danielyan qeyd edib.

O, ölkədə birliyin olmamasından gileylənib.

“Referendum keçirilsə, son nəticədə baş tutmaya bilər. Çünki səsvermə hüququna malik olanların əlli faizi orada iştirak etməyəcək.
Son respublika və bələdiyyə seçkiləri də məhz bunu göstərir. Bütün siyasi qüvvələr mövcud hakimiyyətə qarşı birləşir, lakin 28 faiz iştirak təmin edə bilmir.
Amma referendumun baş tutmuş sayılması üçün səsvermə hüququ olanların 50 faizi orada iştirak etməlidir. Bunun nəticələrini təsəvvür edə bilərsinizmi? Biz nələr edərik”, – Danielyan deyib.

Xuraman Etibarlı

www.yenicag.az

126
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv