!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan DİN-dən Kamilli Zeynallı barədə YENİ AÇIQLAMA

!Reklam – Yazi

“Ermənistan Daxili İşlər Nazirliyi axtarışda olan şəxsin azadlığa buraxılmasına baxmayaraq ekstradisiya tədbirləri üçün paket hazırlayıb”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.

O bildirib ki, azərbaycanlı idmançı Kamil Zeynallı buraxılsa da, onun ekstradisiyası üçün sənədlər paketi hazırlanıb və bu sənədlər Rusiya hüquq-mühafizə orqanlarına veriləcək.

“Fevralın 21-də günortadan sonra bölməyə Rusiya Federasiyasından axtarışda olan şəxsin tapılması barədə rəsmi məktub daxil olub. Məktubda axtarış faktının təsdiqlənməsi xahiş olunub.

Cavab olaraq axtarışa başlayan bölmə dərhal həmin şəxsin beynəlxalq axtarışda olduğunu təsdiqləyib və barəsində həbs-qətimkan tədbiri seçilməli olduğunu bildirib.

Axtarışda olan şəxsin azadlığa buraxılması barədə məlumat olmasına baxmayaraq, Ermənistan Daxili İşlər Nazirliyi ekstradisiya protokolunda nəzərdə tutulmuş sənədlər paketi hazırlayıb.
Bu sənədlər Rusiya hüquq-mühafizə orqanlarına təhvil verilməsi və zəruri ekstradisiya tədbirlərinin həyata keçirilməsi üçün Ermənistan Baş Prokurorluğuna veriləcək”, – Sarkisyan bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv