!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan gah nala, gah mıxa VURUR: "Bu, qarşıdurmaya gətirib çıxara bilər" - ŞƏRH

!Reklam – Yazi

“Qarabağ probleminin həll olması üçün Azərbaycanın göstərdiyi iradəni erməni xalqı və siyasi hakimiyyəti də göstərməlidir”.

Bunu erməni tərəfinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycanın dövlət sərhədinin pozulması cəhdini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, erməni tərəfinin təxribatlar törətməsi gözlənilən idi:

“Hər şey göründüyü kimi deyil. Zəngəzur dəhlizi məsələsində erməni tərəfi uzatdı, görünəndə ki bu baş tutmur Azərbaycan İranla alternativ yol barədə razılığa gəldi. Ermənistan fakt qarşısında qaldı.

Azərbaycan problemin həll olması üçün 5 maddədən ibarət təklif verdi. Bütün dünya tərəfindən bu təkliflər dəstəkləndi. O cümlədən Ermənistan da etiraz etmədi. Avropa İttifaqı da tərəfləri Brüsselə dəvət etdi ki, sülh, əməkdaşlıq olsun, yollar açılsın, Avropa İttifaqı maddi yardım etsin və region inkişaf etsin. Avropa İttifaqının məsələyə normal münasibəti gələcəkdəki perspektivlərin olacağından xəbər verirdi.

Təbii ki, Azərbaycanın içində bir narahatlıq var. Bir yandan Rusiya faktoru, digər yandan isə erməni xasiyyəti. Ermənistanda aranı qarışdırmaqda maraqlı olan qüvvələr var. Onlar həmişə aranı qarışdırıb hakimiyyətə gəliblər. Onların hərəkətə keçməsi özünü çox gözlətmədi. Paşinyan Moskvadan dönən kimi başladılar, çıxışlar edib, mitinqlər keçirməyə. Bir çox politoloqlarımız iddia edirdi ki, Paşinyanı yıxacaqlar. Bu, indiki məqamda mümkün deyil. Rusiyaya bu dəqiqə Ermənistanda hakimiyyət çevrilişi etmək lazım deyil. Bu, qarşıdurmaya gətirib çıxara bilər. İşin sonunda Rusiyanın Qafqazdan çıxması ilə nəticələnə bilər. Ona görə də Putin Paşinyanı çağırıb başa saldı.

Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulması gündəmdədir. Yolların açılması ilə regionda inkişaf yarana bilər. İnkişaf isə Rusiyanın işinə yaramır. Rusiya qarşıdurmalardan qidalanan ölkədir. Paşinyana Moskvada çəkindirici təzyiqlər göstərilib ki, oradan dönəndən sonra başqa fikirlər səsləndirməyə başladı.

Bunun fonunda Ermənistandakı revanşist qüvvələr və onların ordunun içərisində olan “əl”ləri belə provokasiyalar həyata keçirirlər. Bunların olması qaçınılmazdır. Yəqin ki, bu təxribat sonucu deyil. Revanşistlər çalışacaqlar ki, qan tökülsün və sülh baş tutmasın”.

Səxavət Məmməd

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv