!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan hakimiyyətinin Rusiyaya qarşı bu addımları təhlükəlidir” - Erməni deputat

!Reklam – Yazi

“Ermənistan hakimiyyətinin Rusiyaya qarşı diplomatik addımları təhlükəlidir”.

Yenicag.az xəbər verir ki, bunu “Ermənistan” müxalifət fraksiyasının deputatı Armen Rustamyan deyib. O, Ermənistan hakimiyyətinin Rusiyaya qarşı addımlarını “təhlükəli” adlandırıb.

O, jurnalistlərə bildirib ki, yüksək vəzifəli şəxslərin KTMT və ya MDB tədbirlərində iştirak etməməsini ancaq demarş adlandırmaq olar.

“Hakimiyyət öz hərəkətləri ilə düşərgə dəyişikliyini elan edir və Rusiya-Qərb münaqişəsini ölkə ərazisinə köçürür”.

Rusiyanın məşhur “Meşəni kəsirlər, talaşlar uçur” məsəlini xatırladan müxalifətçi vurğulayıb:

“Ermənistan belə “talaş”a çevrilməməli, güc mərkəzlərinin hücumuna məruz qalmamalıdır”.

Xuraman Etibarlı

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv