!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan hökuməti müxalifətə qarşı tədbirləri sərtləşdirdikcə...” – REAKSİYA

!Reklam – Yazi

“Müxalifət son həftələrdə fəallığını artırmağa cəhd göstərsə də, onun elektoratında hər hansı genişlənmə müşahidə olunmadı”.

Bu fikirləri Ermənistan hökumətinin müxalifətə qarşı tədricən sərt tədbirlərə əl atmasının ölkəni bürüyən etiraz aksiyalarıının gedişinə mümkün təsirlərini dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, hökumətin aqressiyası artan müxalifətə qarşı sərt tədbirlərə əl atması etiraz aksiyalarının effektini azaldacaq:

“Əslində, Ermənistanda etiraz aksiyalarının təşkili və hökumətin bu mitinqlərə təmkinli yanaşması normal idi. Çünki Paşinyan cəmiyyətin dəstəyindən əmin olduğu üçün bu aksiyaların qarşısını almır, müxalifətə öz mövqeyini bildirməyə şərait yaradırdı.

Bununla belə, müxalifətin son aksiyalarında müxalifət tərəfdarlarının hökumət binalarını mühasirəyə almaları, aqressiv hərəkətləri, hətta hüquq-mühafizə orqanları əməkdaşlarına hücum çəkmələri vəziyyəti nisbətən dəyişdirdi.

Paşinyan da dövlətin özünü qorumaq imkanının olduğunu göstərmək üçün müxalifətçilərə qarşı tədbirlərin sərtləşdirilməsinə qərar verdi. Fikrimcə, bu tədbirlər Ermənistan müxalifətinin mövqeyini xeyli zəiflədəcək.

Müşahidələr göstərir ki, Ermənistan müxalifəti son həftələrdə fəallığını artırmağa cəhd göstərsə də, onun elektoratında hər hansı genişlənmə müşahidə olunmadı. Bu isə erməni cəmiyyətinin müxalifəti dəstəkləməməsi anlamına gəlir. Ona görə də bundan sonra müxalifətin etiraz aksiyaları gözləniləndən daha sürətlə səngiyəcək”.

A.Zeynalov

www.yenicag.az

563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv