!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan iki od arasında: "Moskva hər cəhətdən sülh müqaviləsinə mane olur" - İlham İsmayıl

!Reklam – Yazi

“Paşinyan müharibə başlayandan bu günə qədər verdiyi heç bir sözə əməl etməyib”.

Bunu Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməməsini şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

İlham İsmayıl bildirib ki, Paşinyan eyni vaxtda həm Qərbin, həm də Rusiyanın kreslosunda əyləşib:

“Prezident İlham Əliyev Şarl Mişellə telefon danışığında sərhəd məsələsinin həll olması üçün aprel ayının sonuna qədər yaradılmalı olan komissiyanın heyətinə qədər məlumat verdi. Ermənistan tərəf isə bu günə qədər komissiyanın yaradılması və heyəti barədə heç bir məlumat verməyib.

Paşinyan ikili oyunlar oynayır. Qərbə xoş gəlmək üçün sülhdən danışır, Rusiyaya xoş gəlmək üçün məsələləri yubadır. Cəmiyyətə də xoş gəlmək üçün isə Azərbaycana qarşı müxtəlif ittihamlar səsləndirir.

Bütün bunların hamısı vaxtı yubatmağa xidmət edir. Bu təkcə Ermənistana yox, Rusiyaya da sərf edir. Ukraynada müharibə getdiyi dövrdə Rusiya xarici siyasəti daha çox Ukraynaya köklənib, nəniki Cənubi Qafqaza”.

Azərbaycan tərəfinin əlində olan rıçaqlara gəldikdə isə İlham İsmayıl bunları deyib:

“Azərbaycanın əlində üçtərəfli – Putinin, Paşinyanın və İlham Əliyevin imzaladığı 10 noyabr bəyanatı var. Orada konkret olaraq göstərilib ki, erməni silahlı qüvvələri çıxmalıdır və qaçqınlar yerlərinə getməlidir. İlyarım kifayət qədər geniş vaxtdır və bu müddətdə heç bir inkişaf yoxdur. Diplomatiyamız son günlər Qazax rayonunun Ermənistan işğalında olan 7 kəndi və Naxçıvanın anklav kəndini gündəmə gətirib. Eyni zamanda, XİN rəhbəri Ceyhun Bayramov sülh müqaviləsinə də hazır olduqlarını dilə gətirdi, Ermənistan tərəfinin isə heç bir iş görmədiyini diqqətə çatdırdı. Hələ ki diplomatik cəhətdən ilk addımlar atılıb. Düşənbə görüşü formaldır. Bu yaxınlarda XİN rəhbərləri görüşəcəklər. Ermənistana konkret vaxt qoyulmasa, məsələni uzadacaqlar. Çünki separatçı rejim birbaşa Moskvanın əli ilə işləyir. Ermənistan tərəfdən yalnız maliyyə yardımı alırlar. Qərb isə çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yaransın ki, Rusiyanın Cənubi Qafqazda təsiri azalsın. Bu onların streteji hədəfidir. Görünən odur ki, Moskva hər cəhətdən sülh müqaviləsinə mane olur”.

Səxavət Məmməd

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv