!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan MN-nin saytından Qarabağla bağlı bu bölmə də YOXA ÇIXDI

!Reklam – Yazi

Erməni mediası yenə özünə əl qatıb. Ermənistan MN-nin saytından Qarabağa aid bölmə silinib.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə parlamentdə “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan bildirib.

“Qarabağ azadlıq müharibəsi” bölməsi 2,5 il əvvəl Müdafiə Nazirliyinin rəsmi saytından yoxa çıxıb. Çünki Ermənistanın silahlı qüvvələri Qarabağ uğrunda müharibə əsasında formalaşıb”, – Manukyan deyib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi bunu texniki nasazlıqlarla izah edib. Bərpası barədə suala müdafiə nazirinin müavini Karen Brutyan belə cavab verib:

“Bu, mənim vəzifə səlahiyyətlərim çərçivəsindən kənardır. Heç bilmirəm nə danışırsan”.

Xuraman Etibarlı

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv