!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan mövqeyində CİDDİ DƏYİŞİKLİK: "Rusiya ofsaytda qalmalıdır" - ŞƏRH

!Reklam – Yazi

“Rusiya bütün dünya ilə qarşıdurma vəziyyətindədir. Rusiya ofsaytda qalmalıdır. Rusiya sülhməramlıları bölgədə qızışdırıcı rol oynadığına görə, onlara “çıxın gedin” deməyə cəsarətimiz çatacaq. Əgər iki dövlət bir-biri ilə razılaşacaqsa, o zaman Rusiya sülhməramlılarının kimisə kimdən ayırmağa, kimisə kimdən qorumağa ehtiyacı yaranmayacaq”.

Bu fikri Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ məsələsi Azərbaycanın Konstitutsiyasına uyğun həll olunmalıdır çıxışına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamsında səsləndirib.

Qabil Hüseynli bildirib ki, ilk dəfədir hansısa erməni rəsmisi Azərbaycanla bağlı pozitiv açıqlama verir:

“Paşinyan işğaldan sonra ilk erməni siyasətçisidir ki, Qarabağ məsələsinin həm Azərbaycan Konstitusiyasına, həm də BMT-nin qərarlarına uyğun olaraq həll edilməsini və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edir. Paşinyan Qarabağdan əlini çəkdiyini, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. Bu, Ermənistanın mövqeyində çox ciddi dəyişiklikdir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıya, qaydaya sala bilər. Ermənistanın məqsədi həm Türkiyə, həm də Azərbaycanla münasibətləri qaydaya salmaqdır. İranla münasibətlər var idi, ancaq indi o səviyyədə deyil. Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salsa, ölkəsinin maddi rifahının yaxşılaşması üçün imkan əldə edəcək.

Separatçıların Qarabağın işğaldan azad edilməmiş ərazilərindən uzaqlaşdırılmasından sonra, yerdə qalan şəxslərin hamısı Azərbaycan vətəndaşlığını qəbul etsə, orada yaşayacaq, bütün hüquqlardan yararlanacaqlar”.

Səxavət Məmməd

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv