!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan nə edəcəyini BİLMİR: "Nikol Paşinyan, bəlkə də, öhdəliklərin yerinə yetirilməsinə razı olardı, ancaq..."

!Reklam – Yazi

“Son hərbi münaqişənin, toqquşmaların şiddətlənməsinin səbəbi odur ki, Nikol Paşinyanı hərəkətə gətirək və anlasın ki, süründürməçiliklə məşğul olmağın xeyri yoxdur”.

Bu sözləri Fransanın Azərbaycandan qaz alışını dayandırmaqla bağlı təhdidi, BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması və baş verən döyüş toqquşmasının siyasi nəticələrini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib:

Zərdüşt Əlizadə bildirib ki, Fransanın təhdidi real deyil:

“Fransa tərəfi Azərbaycandan qaz alışının dayandırılması ilə bağlı çağırış edib. Bu təhdidi ciddiyə almaq olmaz. Dünya bazarında neftin, qazın qiyməti çox yuxarıdır. Böyük qıtlıq var. Axtarırlar, neft və qazdan başqa digər mənbələr tapsınlar, tapa bilmirlər. Belə şəraitdə Azərbaycanla Ermənistan arasında baş vermiş sərhəd toqquşması nə qədər də geniş olursa-olsun, neft-qaz alışını dayandırmaq üçün ciddi əsas sayılmayacaq. Ona görə də Fransanın təklifi havada qalacaq.

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib. KTMT-nin reaksiyasından görünür ki, bu müraciət cavabsız qalacaq. KTMT-də yeganə hərbi qüvvə Rusiyadır. Onun da başı Ukraynaya qarışıb. Rusiyanın nə imkanı, nə də istəyi var ki, Cənubi Qafqazda hansısa bir cəbhə açsın.

BMT Təhlükəsizlik Şurası toplansa belə, son nəticədə prosesin qarşılıqlı danışıqlar əsasında həll olunması ilə bağlı tövsiyə verib dağılışacaqlar.

ATƏT də bir şey etməyəcək. O qurumun mandatında nə isə etmək səlahiyyəti yoxdur.

Azərbaycanda hakimiyyət və cəmiyyət yekdil mövqedədir ki, biz Ermənistanın şıltaqlığından bezmişik, sülh sazişi, delimitasiya və yolların açılması məsələsini həll etmək vaxtıdır. Ermənistanda isə siyasi qüvvələr parçalanıb. Nikol Paşinyan, bəlkə də, öhdəliklərin yerinə yetirilməsinə razı olardı, ancaq çəkinir. Arxasında Rusiyanın durduğu siyasi müxalifətdən və güc qurumlarından ehtiyatlanır və ona görə də status-kvonu uzatmağa çalışır. Son hərbi münaqişənin, toqquşmaların şiddətlənməsinin səbəbi odur ki, Nikol Paşinyanı hərəkətə gətirək və anlasın ki, süründürməçiliklə məşğul olmağın xeyri yoxdur.

Ermənistanda bir müddət ehtiraslar soyusun, soyuq başla düşünsünlər. Xalqın, ölkənin səlamətliyini istəyirlərsə, mütləq üçtərəfli bəyanatdakı öhdəlikləri yerinə yetirsinlər”.

Səxavət Məmməd

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv