!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan nə qədər tez reallıqları dərk edib sülh müqaviləsini imzalasa..." - Berlində sülhün qarşısındakı "divar"lar yıxılacaq?

!Reklam – Yazi

“Danışıqların hansı formatda keçirilməsindən asılı olmayaraq, sülh mövqeyimiz beynəlxalq ictimaiyyətə bəllidir”.

Bunu Azərbaycan və Ermənistan arasında danışıqların yeni – Berlin formatının mümkün nəticələrini şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, danışıqların harada və hansı formatda keçirilməsindən asılı olmayaraq, Azərbaycanın mövqeyi hər kəsə məlumdur:

“Əvvəla, sülhün Azərbaycandan daha çox Ermənistana gərəkli olduğunu qeyd etmək lazımdır. Nə qədər tez reallıqları dərk edib sülh müqaviləsini imzalasa, gələcək taleyi o qədər yaxşı olacaq. İstər vasitəli, istər vasitəçisiz danışıqlarda Azərbaycanın əsas məqsədi sülhün əldə olunmasıdır. Sülh təklif edən tərəfin də məhz Azərbaycan olduğunu mütləq vurğulamaq lazımdır.

Ermənistan isə gah Fransaya, gah da digər ölkələrə üz tutaraq bu prosesi artıq illərdir uzadır. Danışıqların hansı formatda keçirilməsindən asılı olmayaraq, sülh mövqeyimiz beynəlxalq ictimaiyyətə bəllidir. Bir sözlə, əgər töhfəsini verəcəksə, istər danışıqların yeni formatı Berlində, istərsə də digər ölkələrdə keçiriləcək formatlarda sülh danışıqlarına hər zaman hazırıq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv