!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan nizamlama prosesində vaxtı uzatmaq şansının olmadığını bilir, amma...” – ŞƏRH

!Reklam – Yazi

“Son hərbi insidentdən sonra Ermənistan hakimiyyətinin bəyanatlarında və addımlarında müəyyən dəyişikliklərin olduğu diqqətdən yayınmır”.

Bu fikirləri Ermənistan hökuməti və hakim partiyasının Azərbaycanla sülh sazişini mümkün qədər tez imzalamaq niyyəti haqqında məlumatı şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan sülh sazişinin imzalanmasında maraqlı olduğunu əməldə göstərmək istəyirsə, yersiz “manevr”lərdən əl çəkməlidir:

“Nikol Paşinyanın blokunun parlament fraksiyasının qapalı toplantısında Azərbaycanla sülh sazişini bu ilin sonuna qədər imzalamaq niyyətini bəyan etməsini olduğu kimi qəbul edib qiymətləndirmək çətindir.

Çünki 10 noyabr üçtərəfli bəyanatından sonra Ermənistanın həmin sənədin tələblərini yerinə yetirməkdən yayınmaq, hətta bəzi bəndlərin izahını və icra müddətini öz istədiyi formada əsaslandırmaq cəhdləri zaman-zaman yeni gərginliklərin yaranmasına yol açıb.

Amma baş verən son hərbi insidentdən sonra Ermənistan hakimiyyətinin bəyanatlarında və addımlarında müəyyən dəyişikliklərin olduğu da diqqətdən yayınmır. Bu çərçivədə Laçın şəhəri ilə Zabux və Sus kəndlərinin boşaldılmasını göstərmək olar. Hər halda, bunda, sözsüz ki, Azərbaycanın Ermənistanı sülhə məcburetmə vasitələrinin böyük rolu olub.

Ancaq son həftədə Ermənistanın bəzi rəsmilərinin yenə də əsassız bəyanatlarla çıxış etmələri İrəvanın nizamlama prosesini yenə də əngəlləmək hazırlığı kimi dəyərləndirildi. Bununla belə, Paşinyanın fraksiya toplantısında sülh müqaviləsi haqda dedikləri Ermənistanın indiki reallığı dəyişmək gücündə olmadığını göstərir.

Bəli, Ermənistan vaxtı uzatmaq şansının olmadığı bir vəziyyətdədir. Onlar bunu başa düşüb etiraf etsələr də, nəticə üçün ardıcıl və birmənalı addımların atılması tələb olunur”.

A.Zeynalov

www.yenicag.az

802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv