!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan ordusunda NARAZILIQLAR: Əsgərlər döyülür, aylarla növbə dəyişilmir

!Reklam – Yazi

Erməni ordusunda narazılıqlar artır, valideynlər şikayət edirlər. Əsgərlər döyülür, aylarla növbə dəyişilmir.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, çağırışçı əsgərlərin valideynləri etiraz edirlər.

Onlar Müdafiə Nazirliyinin İkinci Ordu Korpusunda xidmət edən, Geqarkunikdə dövlət sərhədini qoruyan əsgərlərə qarşı qeyri-insani rəftarına etiraz edirlər. Anonimlik şərti ilə “Hraparak”a zəng edən zabitin anası deyir ki, komandirlər əsgərləri döyür, ikinci ordu korpusunun komandiri Qaregin Poqosyan isə hay-küy salmamaq üçün belə halları gizlədir.

“Valideynlər orduda zorakılıqdan danışmağa qorxurlar. Qarik Poqosyanın təyinatından sonra Vardenisdə tam anarxiya hökm sürür. Uşağım 2 aydır vəzifəsini tərk etmir, uşaqların döyüş növbətçiliyi şərtləri pozulub. Səbəbini soruşanda cavab verirlər ki, əvəzedici əsgər yoxdur. Uşağımızı hakimiyyət məhrum edib” – o deyib.

İkinci Ordu Korpusu Ermənistanın dövlət sərhədini Martunidən Çəmbərəkə qədər qoruyur. Qeqarkunik rayonunun bəzi kəndləri 2020-ci ildən azərbaycanlı hərbçilərin nəzarətindədir. Valideynin sözlərinə görə, əsgərlər qeyri-insani şəraitdə xidmət edirlər.

“2-ci Ordu Korpusunun komandiri Qaregin Poqosyan əsgərlərin həyatını cəhənnəmə çevirib.

Əsgərlər növbə ilə döyülür və Poqosyan hadisə barədə hərbi polisə məlumat verməli olduğu halda bunu gizlədir. Çağırışçı əsgərlər aylarla vəzifələrindən uzaqlaşdırılmır. Kimlərin Müdafiə Nazirliyində adamı varsa, həmin əsgərlər “məzuniyyətə” göndərilir.

Vardenisdə xidmət edən, atasının Müdafiə Nazirliyində “yaxın tanışı” olan hərbçilərdən biri bir neçə ay İrəvan xəstəxanalarından birində yatıb. Nə olduğunu soruşduqda: “Başım ağrıyır” deyə cavab verdi. Ordumuzun vəziyyəti belədir”, – başqa bir əsgərin atası narazılığını bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv