!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan öz vəziyyətini yaxşılaşdırmaq istəyirsə, öhdəliklərini yerinə yetirməlidir” – ŞƏRH

!Reklam – Yazi

“O razılaşmaların həyata keçəcəyi təqdirdə, Ermənistan regiondakı nəqliyyat dəhlizlərinə çıxış imkanı qazanacaq”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə Soçi və Brüssel görüşündən sonra regionda dinc inkişaf erasının açılacağı haqda fikirlərinə münasibət bildirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, Ermənistan kommunikasiyaların açılması nəticəsində nəqliyyat dəhlizlərinə çıxış imkanı qazanmaq istəyirsə, öz üzərinə düşən öhdəlikləri icra etməlidir:

“Paşinyanın bu fikirləri son həftələrdə yaranan yeni reallıqlardan qaynaqlanır. Bildiyiniz kimi, iki ölkə rəhbərinin Soçi və Brüsseldə keçirilmiş görüşlərində bir sıra ciddi anlaşmalar əldə olunub.

Həmin razılaşmalar içərisində kommunikasiyaların açılması xüsusi yer tutur. Bəli, o razılaşmalar həyata keçəcəyi təqdirdə, Ermənistan regiondakı nəqliyyat dəhlizlərinə çıxış imkanı qazanacaq, Rusiya və İranla dəmir yolu nəqliyyatı qurulacaq və sair.

Eyni zamanda, Gümrüdən Bakı-Tiflis-Qars dəmiryoluna ayrıca xətt də çəkilə bilər. Həmçinin Gürcüstanla nəqliyyat əlaqələri tam bərpa ediləcək. Bütün bunlar Ermənistan üçün yeni imkanlar açır.

Amma sözsüz ki, burada Ermənistanın özünün də atmalı olduğu ciddi addımlar var. Yəni kommunikasiyaların açılması üçün Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Əks halda, Ermənistanın bu istəkləri xəyal kimi də qalacaq”.

A.Zeynalov

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv