!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan parlamentində Qarabağla bağlı avantürist fikirlər: “Bu qrup sülh yox, müharibə istəyir”

!Reklam – Yazi

“Azərbaycan ermənilərin bu torpaqlara necə gəldiyini, İrəvana necə yerləşdiklərini sübut edib, xəbərdar etməlidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistan parlamentində yenidən Qarabağla bağlı avantürist fikirlər səsləndirilməsini şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, Ermənistan açıq şəkildə nə istədiyini Azərbaycana bildirməlidir.

“Bu yolda ən realist, doğru fikri Nikol Paşinyan söyləyib. O dedi ki, Azərbaycanın ərazisi 86.6 min kvadrat kilometrdir və biz o əraziləri tanıyırıq.

Parlamentdə çıxış edən deputatlar başa düşmür ki, müstəqil dövlətin suveren torpaqlarına hücum etmək bu açıq-aşkar təcavüzdür? Onlar zombiləşmiş dəstədir və onların başında Köçəryan, Sərkisyan, İkinci Qaragin dayanır. Keşiş Baqrat Qalstyan oyuncaqdır”, – deyə o bildirib.

Q.Hüseynli hesab edir ki, Azərbaycan diplomatiyası bütün bunları dünyaya çatdırmalıdır:

“Ermənistanda bir qrup sülh yox, müharibə istəyir. Hələ ki iqtidarda Nikol Paşinyandır və buna imkan verməyəcək. Nikol Paşinyan bilməlidir ki, onun ölkəsində bir qrup ölkəsini və bölgəni uçuruma doğru aparırlar. Əgər Ermənistanın müharibə etmək həvəsi varsa, bunu birdəfəlik bəyan etsin, Azərbaycan da sülh danışıqlarından kənara çəkilsin. Zənnimcə, onlar sülh danışıqlarından möhkəm yapışıb və dünya da onların tərəfindədir.

Azərbaycan müharibə istəmir. Son 3 il ərzində ilk dəfədir ki, Ermənistan parlamentində bu cür avantürist fikirlər səsləndirilir. Azərbaycan erməni tərəfi ilə açıq danışmalıdır. Azərbaycan ermənilərin bu torpaqlara necə gəldiyini, İrəvana necə yerləşdiklərini sübut edib, xəbərdar etməlidir. Onlar anlamalıdırlar ki, belə fikirlərlə yaşayacaqlarsa, həmin ərazilərdən də vurub çıxaracağıq”.

Səxavət Məmməd

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv