!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan parlamentində tragikomediya: Deputatlar hakimiyyətə ultimatumlar verdi

!Reklam – Yazi

Brüssel görüşü ərəfəsində erməni ictimaiyyəti arasında Ermənistanın “xilas” gözləntilərini yaradan hakimiyyət dünən parlamentdə dinləmələr təşkil edərək Qərbyönlü qüvvələrin nümayəndələrini cəbhəyə gətirdi.

Yenicag.az xəbər verir ki, bu barədə ermənilərin “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Qərblə Rusiya arasında həlledici mərhələyə qədəm qoyan müharibədə Ermənistan hakimiyyəti həmin anti-Rusiya fəalları vasitəsilə ictimaiyyətə Ermənistanın bütün bədbəxtliklərinin Rusiyaya görə olduğunu dilə gətirib:

“Hakimiyyət təlqin edir ki, 2020-ci il müharibəsinin, ondan sonrakı sərhəd döyüşlərinin, Qarabağın itirilməsinin səbəbkarı Moskvadır.

İndi isə növbə Tavuşdakı kəndlərindir. İqtidar iddia edir ki, Ermənistan nə qədər tez Avropaya gedib rus ittifaqından çıxsa, ermənilərin qurtuluşu bir o qədər tez gələcək. Onlar həm də nümayiş etdirmək istəyirdilər ki, hakimiyyətdən xarici siyasi vektorun dəyişdirilməsini tələb edən Ermənistan cəmiyyətidir.

Yəni Paşinyan hökuməti kollektiv məsuliyyət və ya məsuliyyətsizlik sahəsi yaratmağa çalışır”, – qəzet yazır.

Nəşr əlavə edib ki, dünən parlamentdə bir neçə saat tragikomediya davam edib:

“Bu zaman bəzi fiqurlar həyəcanla Avropa İttifaqına (Aİ) daxil olmaq perspektivindən danışır, bəziləri isə Ermənistan hakimiyyətinə ultimatumlar verir, onları Rusiya əleyhinə aksiya keçirməyə çağırırdılar. Dünənki dinləmənin mövzusu “Ermənistanın Avropaya inteqrasiyasının yeni perspektivləri və çağırışları” idi. Parlamentin Avropaya inteqrasiya komitəsinin sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Arman Yeqoyan tərəfindən irəli sürülüb. Onu sözlərinə görə, Aİ Cənubi Qafqaz regionunda və 2021-ci ildə nəzərəçarpacaq dərəcədə fəallaşıb, eləcə də Aİ Ermənistana 2,6 milyard avroluq dəstək paketi ilə yeni iqtisadi və investisiya proqramı təklif edib. Yeqoyan söyləyib ki, bu, qrant və kredit şəklində dəstəkdir:

“Hazırda bizə 550 milyon avro verilib. Bu vəsaitlərin əksəriyyəti kiçik və orta biznesin dəstəklənməsinə yönəlmiş güzəştli kreditlər olub”.

KİV vurğulayıb ki, daha sonra Ermənistan parlamentində Rusiyaya qarşı ittihamlar prosesi başlanıb.

“Onların demək olar ki, hamısı öz çıxışlarında Ermənistanın əsrlərdən gələn bütün müsibətlərini Rusiyanın çiyninə qoydu. Deputat Arman Babacanyan 1915-ci ildən 1937-ci ilə qədər tarixə ekskurs edərək Rusiyaya ağır ittihamlar səsləndirdi. O, dedi ki, Rusiyanın tərkibində erməni xalqının soyqırımı davam edir. Daha sonra Babacanyan hakimiyyəti öz qorxularını dəf etməyə və Avropaya doğru addımlamağa çağırıb.

Aİ-Ermənistan siyasi cəmiyyət platformasının nümayəndəsi Hovsep Xurşudyan isə deyib ki, biz müstəmləkə buxovlarından, Rusiyanın Ermənistana təsirindən qurtulmalı və hələ də həssas vəziyyətdə olan suverenliyimizi bərpa etməliyik. Sonra o, Ermənistan hakimiyyətini ölkənin KTMT və Aİİ-dən çıxması ilə bağlı ictimai tələbi yerinə yetirməyə çağırıb. O, həmçinin 102-ci hərbi bazanın müqaviləsini ləğv edilməsi üçün də mesajlar verib”, – deyə qəzet qeyd edib.

Politoloq Daniel İoannisyanın fikrincə isə Avropa Ermənistana heç nə vəd etmir:
“Avropa qucağımıza qızıllar tökməyəcək, onların orduları bizə sərhədlərimizi geri verməyəcək, amma inkişaf etməyimizə kömək edəcək. Rusiya isə bizi ondan qopduğumuza görə cəzalandıra bilər, amma artıq bütün fəlakətlər başımıza gətirib: “Artsax” itirildi, il yarımdır ki, sərhəddə gərginlik mövcuddur. Rusiyanın artıq əvvəlki gücü yoxdur, Rusiya indi dişlərini Ukraynaya keçirib. Lakin Moskva bizə cavab olaraq qazın və ərzağın qiymətini artıra bilər. Bu məsələlər üzərində işləmək lazımdır, çünki iqtisadiyyatın şaxələndirilməsi ciddi problemdir”, – deyə o bildirib.

Rafi Müslümov

www.yenicag.az

130
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv