!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan prezidenti Bərzani ilə görüşdü

!Reklam – Yazi

Ermənistan prezidenti Vahan Xaçaturyan İraq Respublikasına rəsmi səfəri çərçivəsində İraq Kürdüstanının paytaxtı Ərbildə İraq Kürdüstanının fəxri prezidenti Məsud Bərzani ilə görüşüb.

Yenicag.az xəbər verir ki, Bərzani bu səfəri tarixi bir səfər kimi qiymətləndirib və bunun iki ölkə və xalqlar arasında dostluğun möhkəmlənməsi və əlaqələrin inkişafında müsbət stimul olacağını vurğulayıb.

Görüşdə Ermənistan və İraq Kürdüstanı arasında əlaqələrin inkişafı istiqamətində addımların atılması imkanlarına toxunulub.

Qarşılıqlı faydalı əməkdaşlıq üçün mövcud potensialın reallaşdırılması üçün perspektivlər və konkret tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmsöhbətlər bir sıra regional və qlobal problemlərlə bağlı mövcud məsələlərə və onların həlli yollarına toxundular. Bu kontekstdə hər iki tərəf münaqişələrin və problemlərin müstəsna olaraq sülh danışıqları yolu ilə, beynəlxalq hüquqa və fundamental prinsiplərə uyğun həllinin zəruriliyini qeyd edib.

www.yenicag.az

131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv