!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan Qərbdən “kökə” alıb, növbəti sırada qamçı dayanır" - Erməni mediası

!Reklam – Yazi

“Ermənistan Qərbdən “kökə” alıb, növbəti sırada qamçı dayanır”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu ötən gün Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib. O bildirib ki, son vaxtlar heç bir erməni şirkəti Rusiya ilə əməkdaşlığa görə Qərbin sanksiyalarına məruz qalmayıb.

Şöbə müdiri xatırladıb ki, Ermənistan Rusiyaya qarşı məhdudiyyətlərə qoşulmayıb. Bununla belə, yerli şirkətlər ikinci dərəcəli sanksiyalara düşməmək üçün Rusiya ilə dialoqa daha ehtiyatlı yanaşıblar. Üstəlik, oxşar hallar artıq qeydə alınıb.

Həmçinin məlum olub ki, Ermənistana Aİ gömrük xidməti və ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) nümayəndələri səfər ediblər. Kerobyan bu məlumatı təkzib etməsə də, təsdiqləməyib.

Ermənistanda belə qənaətə gəliblər ki, Qərb Rusiyaya sanksiyalardan yayınmaqda yardım etsə, Ermənistanı “qamçı” ilə hədələyir.

“Ermənistan Rusiyadan uzaqlaşdığı üçün Qərbdən “kökə” alıb. Ən xırda səhv – ABŞ qamçını ələ götürəcək”, – erməni mediası yazıb.

Xuraman Etibarlı

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv