!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan rəhbərliyini KTMT-dən çıxmağa razı salırlar" - Zaxarova

!Reklam – Yazi

“Əldə edilən məlumata görə, Vaşinqton və Brüssel Ermənistan rəhbərliyini KTMT-dən çıxmağa razı salırlar”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“İrəvanı KTMT-dən çıxmaqla yanaşı, həm də Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini nəzərə almadan NATO ilə əməkdaşlığı sürətləndirməyə, hərbi-texniki əməkdaşlığın istiqamətini dəyişməyə və Bakı ilə sülh müqaviləsi imzalamağa inandırırlar”, – deyə Zaxarova qeyd edib.

O, bu günlərdə amerikalı siyasətçilərin, xüsusən də USAID-in rəhbəri Samanta Pauer, dövlət katibinin köməkçisi Yuri Kimin və Senat nümayəndə heyətinin fəal səfərlərinə diqqət çəkib.

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv