!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan rəsmilərinin üst-üstə düşməyən söz və əməlləri: "Məqsəd sülh sazişinin imzalanmasını mümkün qədər..."

!Reklam – Yazi

“Bu reaksiya prinsipcə sülh proseslərini yenidən dalana dirəmək cəhdindən başqa bir şey deyil”.

Bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyanın sülh müqaviləsinin 15 gün ərzində imzalana biləcəyi yönündəki bəyanatını şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib. O, sözügedən bəyanatın Ermənistanın deklorativ fəaliyyəti kimi qiymətləndirilə biləcəyini söyləyib:

“Çünki Paşinyan özü belə bir neçə ay öncə dekabrın sonuna qədər sülh sazişinin imzalanacağının mümkün olduğunu demişdi. Elə o vaxtdan da bütün tribunalardan Ermənistanın sülhə hazır olduğunu bildirir. Ancaq müxtəlif səbəblərdən dolayı yekun sülh mətninin müzakirəsini dəfələrlə uzadıb. Son olaraq sentyabrın 11-i təqdim olunan varianta cəmi 1 həftə əvvəl reaksiya verdilər. Bu reaksiya isə prinsipcə sülh proseslərini yenidən dalana dirəmək cəhdindən başqa bir şey deyil.

Ermənistan sülh sənədinin təklifləri ilə bağlı qərəzli yozmaların qarşısını almaq üçün mexanizm düşünməyin lazım olduğunu deyir. Yəni İrəvan yekun sənədlə bağlı Bakının verdiyi şərhi qərəzli qiymətləndirir və prosesi gecikdirir. Belə halların yaşanmaması üçün isə mexanizm gərəkdiyini bildirir. Nədir bu mexanizm? Bu, qeyri-müəyyən və mücərrəd yanaşmadır. Məqsəd sülh sazişinin imzalanmasını mümkün qədər uzatmaqdan ibarətdir. Bu gün də onların yaxın vaxtlarda sülh sazişinin imzalanacağı ilə bağlı səsləndirdiyi bəyanatlar ancaq və ancaq Ermənistanın artıq çoxdan pozulan və heç kimin inanmadığı sülhsevər imicini yenidən bərpa etmək cəhdindən başqa bir şey deyil. Lakin Ermənistan nə qədər çabalasa da, artıq adı sülhsevər yox, sülhsevməz ölkə kimi qalıb”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv