!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan-Rusiya münasibətlərinin pisləşməsinin sülh danışıqlarına təsiri ola bilər? - ŞƏRH

!Reklam – Yazi

“Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi əsla sülhün bərqərar olmasına xidmət etmir”.

Bu sözləri Ermənistanda Rusiya əleyhinə mitinqlər, hərbi bazanın çıxarılması məsələsinin gündəmə gəlməsi və Rusiyanın buna cavabını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Ermənistan Rusiyadan gözlədiklərini ala bilmədi:

“Ermənistan Rusiyadan istədiklərini ala bilmədiyi üçün Moskvadan inciyib. Ona görə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yekun bəyannaməsini imzalamır, KTMT-nin öz ərazisində təlim keçməsinə icazə vermir və açıq-aşkar İrəvanda antirus nümayişlər keçirir. Bunun müqabilində Rusiya bildirir ki, Ermənistan haqsızdır, Azərbaycanla sülh müqaviləsi danışıqlarını pozan tərəfdir. Jarqonlu ifadə etsək, Rusiya Ermənistanı “neprav” çıxarır.

Bu, Azərbaycan üçün o mənada yaxşıdır ki, bununla erməni cəmiyyəti xam xəyallardan ayılır. Ancaq Ermənistan Rusiya münasibətlərinin pisləşməsi əsla sülhün bərqərar olmasına xidmət etmir. Ermənistan Rusiyadan tam qopsa, bəlkə ağlı başına gələr, daha gerçəkci mövqe tutar. Hələlik guya biz Rusiyaya bir köynək yaxınıq. Bizim yaxın, erməni tərəfinin bir köynək uzaqmış kimi dəyərləndirilməsinin isə sülh danışıqlarına zərrə qədər təsiri yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv