!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan Rusiya və İranın düşməni olmaq üçün hər şey edir" - Erməni mediası

!Reklam – Yazi

“Ermənistan hökuməti Rusiya və İranın düşməni olmaq üçün hər şeyi edir”.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Medianın yazdığına görə, Ermənistan yaxın qonşuları Rusiya və İranla münasibətləri pozmaq üçün əlindən gələni edir.

“Hər gün Ermənistan üçün vəziyyət nəinki kritik, həm də fəlakətli xarakter alır. Sözün əsl mənasında hər gün regional güclərin – Rusiya və İranın təklif etdiklərinə tamamilə zidd addımlar atılır və Ermənistan getdikcə daha çox düşmən dövlətə çevrilir. Bakı isə əksinə, Tehran və Moskvanın tutduğu mövqeyi dəstəkləyir və günü-gündən daha etibarlı tərəfdaşa çevrilir.

Moskva bildirir ki, bütün razılaşmalar Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əvvəllər əldə etdiyi razılaşmalar çərçivəsində baş verməlidir. Lakin Ermənistan hökuməti Brüssel və Vaşinqton ətrafında gəzir, Rusiya saytlarını açıq şəkildə boykot edir.

Tehran deyir ki, xarici qüvvələrin mövcudluğu vəziyyəti gərginləşdirir, sabitliyi pozur və risklər daşıyır, İrəvan Aİ missiyasını legitimləşdirir və genişləndirir.

Azərbaycan Prezidenti İlham Əliyev nə edir? O, Qərbin danışıqlar platformalarına məhəl qoymur, lakin Rusiya və Tehranın təşəbbüsü ilə keçirilən tədbirlərdə iştirak edir. Bakı məsələnin həllini Vaşinqton, Brüssel və Parisin dalınca qaçmamaqla, regional güclərlə axtarmağa çağırır. Rusiya və İran da məhz buna çalışır”, – erməni mediası yazıb.

Daha sonra media Ermənistanın Qərbə meylinin Rusiya və İran üçün nə qədər təhlükəli nətcələrə səbəb ola biləcəyinə diqqət çəkib.

“Nəhayət, xarici vektoru Qərbə çevirən Ermənistan birinci növbədə İranın, ikinci növbədə isə Rusiyanın milli təhlükəsizliyinə təhdid yaradır. Və bu dövlətlər heç bir halda buna imkan verməyəcəklər.

Başa düşmək lazımdır ki, Tehran və Moskva danışıqlar yolu ilə Ermənistan hakimiyyətini yoluna qaytara bilməsələr, o zaman bu məsələni güc yolu ilə həll edəcəklər. Və bunu Bakının əli ilə edəcəklər.

Ən pisi odur ki, bu, baş verərsə və biz buna hər gün yaxınlaşırıqsa, Ermənistan tamamilə hamı tərəfindən tərk edilmiş vəziyyətdə qalacaq. Bütün bu fransalar və amerikalar ancaq bəyanatlarla kifayətlənəcəklər. Çünki fiziki olaraq heç bir şey edə bilməyəcəklər, tamamilə heç nə və biz məhvə məhkum olcağılq.

Burada xarici qüvvələri istədiyin qədər söyüb düşmən axtara bilərsən, amma bütün bunlar mütləq özünü aldatma olacaq. Çünki bütün bunların yeganə günahkarı anti-erməni siyasəti aparan Nikol Paşinyanın xəyanətkar rejimidir. O, hakimiyyətini saxlamaq üçün hər şey edəcək. Amma biz onların əməllərinin əvəzini ödəməli olacağıq. Bunu nə qədər tez başa düşsək, qurtuluş şansımız bir o qədər çox olar”, – deyə media qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv