!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

 Ermənistan Rusiyasız addım atacaq? - "Avropa İttifaqının müşahidəçilərinin İrəvana gəlməsi..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın dövlət dumasının sədri belə bir sözü ancaq yuxarı rəhbərliyin fikri olduğuna görə dilinə gətirə bilər”.

Bunu Rusiyanın Ermənistana son dövrlər hədə dolu təhdidlərini şərh edən politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşən zaman Azərbaycan-Rusiya münasibətlərindən, strateji müttəfiqlikdən, siyasi-iqtisadi məsələlərin yüksək səviyyədə həll olunduğundan söhbət açıb:

“Söhbət zamanı Volodin Ermənistanın son zamanlar Qərbə doğru meyilləndiyini, Rusiyadan üz döndərdiyini bildirib. Bunun ağır nəticələr verəcəyini, o cümlədən dövlətçiliyi itirəcəyi haqqında da xəbərdarlıq edib. Bu söz elə-belə söz deyil. Çünkü Rusiyanın dövlət dumasının sədri belə bir sözü ancaq yuxarı rəhbərliyin fikri olduğuna görə dilinə gətirə bilər.

Son zamanlar Ermənistanın apardığı siyasət göz önündədir. Ermənistan keçən ilin yayından bəri anti-Rusiya təbliğatı aparır. Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının qarşısında neçə dəfə mitinq təşkil olunub. İrəvanda mitinqlərdə anti-Putin, Putini təhqir edən şüarlar səsləndirilib. Hakimiyyətin razılığı olmadan belə şeylər etmək, yəqin ki, mümkün olmaz.

Avropa İttifaqının müşahidəçilərinin Ermənistana gəlməsi Rusiyaya qarşı olan təpkidir. Bunu təbii ki, rus siyasiləri də başa düşür. Paşinyan və onun siyasi həmfikirləri Avropa İttifaqı və Amerikanın dəstəyi ilə Rusiyadan yaxa qutarmaq istəyir. Ancaq, təbii ki, Ermənistan Rusiyadan asılı bir ölkədir.

Ermənistanın iqtisadiyyatının 70 faizdən artıq hissələri rus oliqarxlarının əlindədir. Ermənistanın sərhəddini elə Rusiya sərhəd qoşunları mühafizə edir. Yəni Ermənistanın tezliklə və asanlıqla Rusiyadan qopması mümkün deyil. Volodinin sözü onlara xəbərdarlıqdır. Ermənistanın Rusiyasız addım atacağı yaxın dövrlərdə real görünmür. Ermənistan nə qədər Qərbə meyillənsə də, fransız bacıları ilə nə qədər isti münasibətdə olsalar da, Rusiyanın siyasi-hərbi razılığı olmadan heçnə edə bilməzlər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv